Modern.az

Somalidə terror qurbanlarının sayı 300-ə yaxınlaşır

Somalidə terror qurbanlarının sayı 300-ə yaxınlaşır

Dünya

16 Oktyabr 2017, 11:10

Ötən gün Somalinin paytaxtı Moqadişoda törədilən terror aktında ölənlərin sayı 276 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Abdürəhman Osman deyib.

 

Hadisə şənbə günü Moqadişonun əsas küçələrindən birində baş verib. Bomba yüklü 2 yük maşının partladılması nəticəsində azı 300 nəfər yaralanıb.

 

Hadisənin “Əl Qaidə”yə sədaqət andı içən “Əş-Şabab”  qruplaşması tərəfindən törədildiyi bildirilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!