Modern.az

Prezidentlər cəbhədəki vəziyyəti müzakirə edəcək – Rus politoloqdan bədbin PROQNOZ

Prezidentlər cəbhədəki vəziyyəti müzakirə edəcək – Rus politoloqdan bədbin PROQNOZ

Qarabağ

16 Oktyabr 2017, 11:47

Xəbər verildiyi kimi bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarının növbəti raundu keçiriləcək.

 

“Mən düşünmürəm ki, bu görüş hər hansı sıçrayışa və irəliləməyə səbəb olacaq. Çünki tərəflərin mövqeləri bir-birinə əksdir”.

 

Modern.az-ın məlumatına görə, bunu Ermənistan mətbuatına müsahibəsində rusiyalı politoloq Aleksandr Skakov prezidentlərin görüşünün perspektivini şərh edərkən deyib.

 

Skakov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli danışıqların həyata keçirilməsi üçün tərəflərə müraciət ediblər.

 

O söyləyib ki, Azərbaycan və Ermənistandakı ictimai əhval-ruhiyyə tərəflərin bir-birinə güzəştə getməsinə imkan vermədiyinə görə, Cenevrə görüşündən nəsə gözləməyə dəyməz.

 

Politoloq müzakirələrdə cəbhə xəttində vəziyyətin sabitləşəcəyi ilə bağlı gündəmə nələrin gətirilməsi ilə bağlı sualı da cavablandırıb.

 

“Düzünü desək, mən cəbhədəki vəziyyətin stabilləşməsi üçün müzakirələrdə hansı variantların gündəmə gətiriləcəyini dəqiq bilmirəm”-deyən Skakov əlavə edib ki, cəbhədəki vəziyyətlə əlaqədar hansısa razılıqların reallaşdırılması imkanları aşağıdır.

 

“Görüşdə cəbhəki durumla bağlı məsələ qaldırılacaq, lakin hər hansı qərarın qəbul edilməyəcək. Münaqişənin hərətərəfli nizama salınması prosesinə gəlincə, bunun üçün plan olmalıdır. Özü də hər iki tərəfin maraqlarına cavab verən bir plan. Mən isə belə bir plan görmürəm.

 

Bu plan perspektiv üçün də görünmür. Buna görə də, tərəflər indi yalnız texniki məsələləri müzakirə edə bilərlər, münaqişənin sülh yolu ilə  ciddi şəkildə həllindən isə danışmaq düz deyil”- ekspert belə hesab edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!