Modern.az

Seçki texnoloqu Azay Quliyevin təyinatı barədə: “Azərbaycanın uğurudur”  

Seçki texnoloqu Azay Quliyevin təyinatı barədə: “Azərbaycanın uğurudur”   

16 Oktyabr 2017, 15:53

Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev 15 oktyabrda Qırğızıstanda keçirilən prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in seçki missiyasının xüsusi koordinatoru vəzifəsini icra edib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirib.


Seçki texnoloqu, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu təyinatı yüksək qiymətləndirir.

O, Modern.az-a açıqlamasında deyib ki, Azay Quliyev Azərbaycanın gənc, perspektivli siyasətçilərindən və deputatlarından biridir.

 

“Azay Quliyevi 2005-ci ildən tanıyıram. O, Azərbaycana, Azərbaycan dövlətçiliyinə bağlı insandır. Azay müəllim harda varsa, rahatlıqla demək olar ki, orada Azərbaycan dövlətçiliyi müdafiə olunur. Onun seçkilərdə bir neçə dövlətin kordinaotoru olması Azərbaycanın nüfuzunun dünyada atmasına gətirib çıxara bilər. Azay Quliyev kimi şəxslər Azərbaycanın fəxridir.
Azay Quliyev iştirak etdiyi seçkilərdə Azərbaycan tanıdır.  O, bir neçə xarici dil bilir ki, bu da asanlıqla əlaqələr qurmasına kömək edir. 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqəndirmək asan iş deyil. Amma Azay Quliyevin savadı, potensialı bu işin öhdəsindən asanlıqla gəlməyə imkan verir. Belə bir vəzifəyə Azərbaycanlı deputatın təyin edilməsi böyük uğurdur”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi