Modern.az

İraq polisi Kərkükdə daha bir vacib obyekti nəzarətə götürdü

İraq polisi Kərkükdə daha bir vacib obyekti nəzarətə götürdü

16 Oktyabr 2017, 17:05

İraq polisi Kərkük vilayətinin içərilərinə doğru irəliləməkdə davam edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vilayətin mərkəzi olan Kərkük şəhərinə daxil olan İraq polisi administrasiya binasını ələ keçirib.

 

Məlumata görə, keçmiş prezident Cəlal Talabanin tərəfdarları Kərkükdə önəmli mövqeləri boşaldaraq İraq ordusu və “Həşd-Şaabi” şiə könüllülərinə heç bir müqavimət göstərməyiblər.

 

Kərkükün mərkəzinə qədər irəliləmiş Iraq ordusuna qarşı Ərbildən əlavə peşmərgə qüvvələri göndərilir.

Döyüşlərdə onlarla insanın öldüyü bildirilsə də, tərəflər bu barədə rəsmi açıqlama verməyiblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir