Modern.az

Azərbaycanlı jurnalist Suriyaya buraxılmadı

Azərbaycanlı jurnalist Suriyaya buraxılmadı

16 Oktyabr 2017, 17:55

Türkiyə ordusu Suriyanın İdlib vilayətində terrorçu qruplaşmalara qarşı əməliyyat keçirir.

 

Lent.az-ın bu bölgəyə ezam edilmiş redaktoru Səbuhi Məmmədli Türkiyə-Suriya sərhədində hadisələrin gedişini izləsə də, sərhədi keçə bilməyib.

 

Məsələ ilə bağlı Səbuhi Məmmədli Modern.az-a açıqlama verib:

 

“Mən bundan öncə 2014-cü ildə də Suriyada olmuşdum. Həmin vaxt sərhəddən rahat keçə bildim. Lakin bu dəfə situasiya tamamilə fərqli idi. Mən  "Cilvəgözü" sərhəd keçid məntəqəsinə kimi getdim. Amma  orada qəribə vəziyyətlə rastlaşdım”.

 

S. Məmmədli qeyd edib ki, həmin yerdə ondan başqa “Assoşieyted Press”in, Türkiyə mətbuatın nümayəndələri də olub, amma onlar da sərhədi keçə bilməyib.

 

“Bunu təhlükəsizliklə əlaqələndirirdilər. Qarşı tərəfdə  bir- birilə savaşan onlarla  terrorist qrupu mövcud idi. Jurnalistlərin təhlükəsizliyini qorumaq üçün xüsusi tapşırıq verilmişdi ki, heç kim sərhəddən o tərəfə buraxılmasın.

 

Buna baxmayaraq, sərhədin özündə türk jurnalistləri ilə bir yerdə idik. Böyük bir qərargah yaratmışdılar. Lakin sərhəddi keçməkdən söz gedə bilməzdi, çünki bu, Türkiyə hökumətinin qəti qərarı idi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir