Modern.az

Türkiyə İraqın şimalında 2 şəhid verdi

Türkiyə İraqın şimalında 2 şəhid verdi

16 Oktyabr 2017, 20:43

İraqın şimalında keçirilən əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha  3 hərbçi ağır yaralanıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə,  Zap bölgəsində Türkiyə hərbçilərinin avtomobilinin keçdiyi yolda əldəqayırma partlayıcı partladılıb və PKK terrorçuları ilə silahlı qarşıdurma yaranıb.

Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin ərazini bombalayıb, nəticədə 8 terrorçu məhv edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi