23 yanvar 2018, Çərşənbə
Ana Səhifə - PARLAMENT - Oqtay Əsədov: "Özgə torpaqlarının qəsbinə göz yumulması sülh və təhlükəsizliyə təhdiddir"
Oqtay Əsədov: "Özgə torpaqlarının qəsbinə göz yumulması sülh və təhlükəsizliyə təhdiddir"
16.10.2017, 22:26

"Özgə torpaqlarının qəsb edilməsinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir. Təəssüf ki, ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir. Qəribədir ki, təcavüzkarı beynəlxalq təşkilatların qərarlarına əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar əsasında yanaşılmasına gətirib çıxarır". Modern.az Milli Məclisin saytına istinadən xəbər verir ki, bunu Sankt-Peterburqa səfər zamanı spiker Oqtay Əsədov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxışında deyib.

 

O.Əsədov daha sonra deyib ki, Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş və işğal etdiyi ərazilərdə etnik təmizləmə aparmış Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini xristian–müsəlman qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağ bölgəsində etnik separatizmə dinlərarası münaqişə donu geyindirmək, eyni zamanda, ənənəvi xristian ölkələrində xristian həmrəyliyi duyğularını istismar etmək yolu ilə qonşu ölkəyə qarşı qəsbkarlıq siyasətinə haqq qazandırmaqdır. Bu qəsbkarlıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətində yaşayır. İşğalçılıq müharibəsinin gedişində 20 minə yaxın dinc azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, bir neçə yaşayış məntəqəsində, o cümlədən Xocalı şəhərində dəhşətli soyqırımı cinayətləri törədilib.

 

Parlament sədri deyib: "Biz hesab edirik ki, etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün dünyada sülh və təhlükəsizlik üçün nə dərəcədə qorxulu olduğu hamılıqla qəbul edilməlidir. Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməli və bütün münaqişələr, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Azərbaycan bu gün dünya birliyinin üzləşdiyi ağır problemlərin həlli və sülhün, əmin-amanlığın təmin edilməsi məqsədilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səyləri birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırdır".

 

Azərbaycanın multikulturalizm və tolerantlıq modelindən söz açan O.Əsədov qeyd edib ki, ölkəmizin dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, ölkədə yaşayan xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanır: "Azərbaycanda dövlət siyasətinin mühüm bir istiqamətini mədəniyyətlərarası, dinlərarası dialoqun və multikulturalizmin dəstəklənməsi təşkil edir. Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir. Tamamilə məntiqlidir ki, bizim ölkəmizdə 2016-cı il "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan olunub".

 

Milli Məclis sədrinin sözlərinə görə, bu gün müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və qitə miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb. Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühiti yaradılıb və bu prinsiplər milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qorunub saxlanıb. Dini tolerantlığın və dinlərarası dialoqun möhkəmləndirilməsi, dini etiqad azadlığının inkişaf etdirilməsi üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirdə bir sıra təşkilati məsələlərə baxılıb.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi
23.01.2018, 00:59

Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı
23.01.2018, 00:50

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video   
23.01.2018, 00:37

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video  

Türklərlə kürdlər arasında kütləvi dava
23.01.2018, 00:25

Türklərlə kürdlər arasında kütləvi dava

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb
23.01.2018, 00:11

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı
22.01.2018, 23:57

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı

Sumqayıtda intihara cəhdin qarşısı alınıb
22.01.2018, 23:43

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Azərbaycan nefti ucuzlaşdı
22.01.2018, 23:26

Azərbaycan nefti ucuzlaşdı

Avtobus qəzasında 18 nəfər öldü
22.01.2018, 23:15

Avtobus qəzasında 18 nəfər öldü

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib
22.01.2018, 22:59

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ
22.01.2018, 22:45

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR
22.01.2018, 22:29

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR

Tramp Davosa getməyə bilər
22.01.2018, 22:13

Tramp Davosa getməyə bilər

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ
22.01.2018, 21:58

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib
22.01.2018, 21:44

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu   
22.01.2018, 21:32

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu  

"Neftçi" 1:8 hesabı ilə uduzdu
22.01.2018, 21:16

"Neftçi" 1:8 hesabı ilə uduzdu

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü   
22.01.2018, 21:03

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü  

ABŞ-da məktəbdə atışma
22.01.2018, 20:57

ABŞ-da məktəbdə atışma

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi
22.01.2018, 20:43

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi
22.01.2018, 20:27

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı
22.01.2018, 20:18

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi
22.01.2018, 19:51

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi

Bara silahlı hücum: 7 ölü
22.01.2018, 18:56

Bara silahlı hücum: 7 ölü

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub
22.01.2018, 18:42

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər
22.01.2018, 18:36

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI
22.01.2018, 18:32

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”
22.01.2018, 18:21

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”

3 türk əsgəri yaralandı
22.01.2018, 18:10

3 türk əsgəri yaralandı

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI
22.01.2018, 17:49

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI   
22.01.2018, 17:39

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI  

Manat və dolların sabahkı məzənnəsi
22.01.2018, 17:35

Manat və dolların sabahkı məzənnəsi

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər
22.01.2018, 17:28

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur
22.01.2018, 17:24

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı
22.01.2018, 17:23

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42.2%)
SOCAR(13.3%)
Azersun Holding(11.1%)
Azercell(2.22%)
Bakcell(8.88%)
Nar mobile(2.22%)
Gilan Holdinq(4.44%)
Nurgun Group(2.22%)
Paşa Holding(2.22%)
Akkord(11.1%)