Modern.az

Azərbaycanda almanlardan bəhs edən bədii filmin çəkilişləri yekunlaş - VİDEO

Azərbaycanda almanlardan bəhs edən bədii filmin çəkilişləri yekunlaşdı - VİDEO

Ədəbi̇yyat

17 Oktyabr 2017, 09:47

Çəkilişləri aylardır davam edən “Şollerin arxivi” bədii filminin istehsalat işi yekunlaşır. Bu barədəd Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. 
Triller janrıda lentə alınan ekran əsərinin rejissoru kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru isə Fahir Səmədoğludur. 

Filmdə Əjdər Zeynalov, Şirzad Pirallahı, Sabir Məmmədov, Rövşən Kərimduxt, Ramiz Vəliyev kimi aktyorlar rol alıblar.

Müsahibimizn sözlərinə görə, filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb.  

“Biz bu filmdə alman ailəsinin timsalında insan dramı göstərməyə çalışmışıq. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb”.

C.Qasımov deyib ki, filmdə baş verən hadisələr real həyatdan götürülüb: “Almanları sürgün edəndə babama bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı babam gizlincə götürüb saxlayıb. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...