Modern.az

Qazaxıstandan Qırğızıstana dostluq MESAJI: “Əməkdaşlığa hazırıq”

Qazaxıstandan Qırğızıstana dostluq MESAJI: “Əməkdaşlığa hazırıq”

17 Oktyabr 2017, 11:46

Qazaxıstan Qırğızıstanın yeni prezidenti ilə sıx əməkdaşlığa hazır olduğunu bəyan edib. Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kayrat Abdurəhmanov açıqlama verib.

 

“Qazaxıstan qonşu Qırğızıstan respublikası ilə əməkdaşlığını qarşıdakı illərdə də möhkəmləndirməyi hədəfləyir” –deyə açıqlamada deyilir.

 

Əbdürəmanov 15 oktyabr seçkilərinin nəticlərinin ölkəsi tərəfindən tanındığını da əlavə edib.

“Qazaxıstan qırğız xalqının seçiminə hörmət edir və yeni prezidentin qonşu ölkələrlə dostluq münasibəti qurmaq planlarını alqışlayırıq”.

 

Sooranbay Jeenbekov 54% səs toplayaraq Qırğızıstanın yeni prezidenti seçilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər