Modern.az

Əflatun Amaşov Litvadan Moldovaya gedib

Əflatun Amaşov Litvadan Moldovaya gedib

Təhsil

9 İyun 2011, 17:56

Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans işə başlayıb. 

Konfrans barədə məlumat verən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbirdə əsasən mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılır. Bu baxımdan peşə davranışı qaydalarının roluna da nəzər salınır.
«Azərbaycan Mətbuat Şurası təkcə Müstəqil Dövlətlər Birliyi deyil, eyni zamanda Şərqi Avropa məkanında kifayət qədər oturuşmuş struktura malik institutdur. Şuranın təcrübəsi dəfələrlə regional səviyyəli toplantılarda yüksək dəyərləndirilib və model kimi qəbul edilib. Bununla belə Kişinyovda medianın özünütənzimləməsinə həsr olunmuş tədbirdə iştirak vacibdir və əldə edəcəyimiz nəticələrin daha faydalı fəaliyyət baxımından əhəmiyyətli olacağını düşünürük», - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya, Ukrayna, Moldova, eləcə də də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifələrdən biri regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin təşkilinə dəstək göstərməkdir. Bu baxımdan konfransın proqramına vahid koordinasiya mərkəzinin yaradılması ətrafında müzakirələrin aparılması da daxil edilib. Tədbirdə həmçinin sosial şəbəkələr və onların ictimai tənzimlənməsi ilə bağlı fikir mübadilələrinin aparılması da nəzərdə tutulur.

Onu da deyək ki, beynəlxalq konfransda MŞ sədri Ə.Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir. Ə.Amaşov bundan öncə Litvadakı beynəlxalq tədbirə qatılmışdı.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür