20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram” - MÜSAHİBƏ
Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram” - MÜSAHİBƏ +
17.10.2017, 12:33

Modern.az saytı İtaliyada təhsil alan həmyerlimiz, Azərbaycan-İtaliya Gənclər Assosasiyasının həmsədri Emin Rüstəmovla müsahibəni təqdim edir.

- Emin bəy, oxucuların sizi daha yaxşı tanıması üçün əvvəlcə özünüz haqqında məlumat verə bilərsinizmi?

- Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışam. Burda özümü tərifləmək istəmirəm, universitet rəhbərliyi, müəllimlərim və eyni zamanda dostlarım da necə tələbə olduğumu yaxşı bilirlər. Bir onu qeyd edə bilərəm ki, təhsil aldığım 7 semestr ərzində 6 dəfə dekanın fəxri vərəqinə layiq görülmüşəm, eyni zamanda, universiteti fərqlənmə ilə bitirmişəm. Bakalavr təhsilim həyatımda dönüş nöqtələrindən biri olub deyə bilərəm.
Elə ictimai aktivliyə də bu illərdə başlamışam. Təhsil aldığım müddətdə, bir neçə dəfə həm universitetimizi, həm də ölkəmizi xaricdə təmsil etmişəm. Bundan əlavə, universitetimizin ictimai həyatında, eyni zamanda, bizim dövrümüzdə aktiv olan bir sıra beynəlxalq təşkilatlarda, həmçinin QHT-lərdə çalışmışam. Tələbə vaxtlarım network baxımından ən səmərəli illər olub. Daha sonra vətənə borcumu yerinə yetirmək üçün hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurub qayıdanda bir il müddətində çox şey dəyişmişdi, elə mənim özüm də...
Dərhal iş axtarmağa başladım və artıq bu dəfə uzunmüddətli işləmək istəyirdim. Təxminən 4 il müddətində yerli şirkətlərin birində çalışdım. Daha sonra mənə doğma olan Xəzər Universitetindən iş təklifi gəldi və düşünmədən qəbul etdim. İki il müddətində universitetdəki Hazırlıq Mərkəzinin direktoru vəzifəsində işlədim. Bu da son iş yerim deyildi, “Xəzər”dəki fəaliyyətimdən sonra bir neçə təhsil şirkətində direktor, icraçı direktor vəzifələrini yerinə yetirdim.
2015-ci ildə İtaliyanın paytaxtı Romaya gəldim. Elə bir neçə gün öncə Sapienza Universitetini magistr dərəcəsi üzrə fərqlənmə ilə bitirdim. Artıq bu universitetin dokturantura dərəcəsi üzrə tələbəsiyəm. Həmçinin 2015-ci ildən İtaliyada fəaliyyət göstərən Azərbaycan İtaliya Gənclər Assosasiyasının həmsədriyəm.  

- Maraqlıdır, təhsil üçün  İtaliyanı seçməyiniz hansı zərurətdən irəli gəlib?

- Həmişə xaricdə təhsil almağı arzulayırdım. Əslində Romaya gələnə qədər İsveç, İsveçrə, Çexiya kimi ölkələrdə təhsil almaq şansım olmuşdu. Amma müəyyən səbəblərə görə gedə bilməmişdim. Sonradan İtaliyanı araşdırdım. Digər ölkələrlə müqayisədə şərtlərin daha  uyğun olduğunu gördükdə, İtaliyanı seçdim.

- Hazırda azərbaycanlıların əksəriyyəti də oxumaq üçün İtaliyaya üz tutur. Lakin  bu istiqamətdə müəyyən problemlər yaranır. Yəqin siz də bilirsiniz ki, İtaliya səfirliyi bir çox tələbəyə viza almaq üçün müsbət cavab verməyib. Ümumiyyətlə, bu prosedur necədir? Necə düşünürsünüz, səfirliyin bu addımının səbəbi nə ola bilər?

- Son zamanlar azərbaycanlı tələbələrin İtaliyaya üz tutmasının səbəbi İtaliya hökümətinin təklif etdiyi təqaüd imkanları ilə əlaqədardır. Ona görə də hər kəs burada təhsil almağa can atır. Həmçinin, İtaliyada kim təhsil almaq istəməz ki? Dünyanın ən qədim təhsil ocaqları , ən böyük turizm imkanlarına malik şəhərlərinin bir neçəsi İtaliyada yerləşir. İtaliya ila bağlı maraqlı məlumatları saysan da bitməz. Qısacası, çox unikal ölkədir. Qaldı ki, səfirliklə tələbələr arasında yaranan problemə, açığı, bu barədə geniş məlumatım olmadığıa görə nəsə demək bəlkə də doğru deyil. Hər ölkənin özünəməxsus viza şərtləri var. İndiyə kimi, İtaliya səfirliyi ilə bağlı hər hansı problemlə qarşılaşmamışam. Dediyiniz məsələ ilə bağlı aldığım son məlumatlara görə, artıq bu problem də, öz həllini tapmaqdadır.


- Qeyd etdiyiniz kimi artıq təhsilinizi  Romada doktorluq dərəcəsi üzrə davam etdirəcəksiniz. Öncə təbrik edirik.   İtaliyada təhsil almaq çətindirmi? 

- Təşəkkür edirəm. Bəli, artıq əvvəldə də qeyd etdiyim kimi, magistr dərəcəsi üzrə təhsilimi fərqlənmə ilə bitirərək, eyni universitetin doktorantura pilləsinə qəbul olundum. Bu, mənim üçün çox qürurvericidir. Sözün həqiqi mənasında qəbul olunduğumu  biləndə çox sevindim.

Digər tərəfdən düşünürəm ki, nəinki İtaliyada, istənilən xarici ölkədə təhsil almaq, öz ölkəndə təhsil almaqdan daha çətindir. Bunun da müəyyən səbəbləri var. İlk növbədə sənə tanış olmayan mühit, xarakterlərinə bələd olmadığın millətlərin nümayəndələri, professorlar, xarici dil amili və s. Bunların hamısı təsir edən amillərdəndir. Amma sadaladığım amillər zaman-zaman əriyərək yoxa çıxır və bundan sonra hər şey çox asanlaşır. 

- Biz sizi həm də “Nalbandyanı susduran azərbaycanlı tələbə” kimi tanıyırıq.  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni nazirini çətin vəziyyətə salmışdınız. Bu baxımdan azərbaycanlı tələbələrin İtaliyadakı aktivliyi necədir? Erməni tələbələrlə və ya ümumi ermənilərlə mübahisələriniz olubmu?

- Bəli doğrudur, o xəbər mənim də məlumatım olmadan ölkə mediasında dərc olunub. Amma mən sadəcə vəzifə borcumu yerinə yetirmişdim. Yenə elə bir halla qarşılaşsam, heç nəyi düşünmədən  eyni addımı ataram.

Azərbaycanlı tələbələrin aktivliyi ilə bağlı ünvanlandığınız suala cavab vermək istərdim. Müsbət haldır ki, bugün İtaliyada kifayət qədər azərbaycanlı təhsil alır. Amma təəssüf ki, bu tələbələrin hamısı yox, bir qismi yetərincə aktiv tələbələrdir. Təşkilat olaraq məqsədlərimizdən biri də, buradakı azərbaycanlılar arasında birlik yaratmaqdır. Bu baxımdan biz bir çox istiqamətdə tədbirlər təşkil edirik. Əlbəttə ki, bu tədbirlərin əsas məqsədi Azərbaycan həqiqətlərini yerli və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

İki il ərzində cəmi bir dəfə erməni tələbələrlə qarşılaşmışam, aramızda kiçik mübahisə də olub. Amma bütün hallarda cavablarını alıblar. Onu da qeyd edim ki, burada, yəni Romada ermənilər o qədər də çox deyil. Varsa da qarşılaşmamışam.


- Yəqin ki, italiyan dostlarınız da var. Bəs onların Dağlıq Qarabağla bağlı düşüncələri necədir?

- Əlbəttə, xarici dostlarımız var, nəinki İtaliyadan, o cümlədən dünyanın müxtəlif ölkələrindən. Təbii, Dağlıq Qarabağ mövzusu bizim üçün daha həssas məsələdir. Məsələn, tibb sahəsində təhsil alan bir tələbənin bu mövzu haqqında hər hansı bir məlumata malik olmasını gözləmək doğru olmaz. Siyasi elmlər sahəsində təhsil alan tələbələrin müəyyən qisminin az da olsa, bu barədə məlumatı var. Olmayanları da, hər vəchlə çalışırıq ki, daha çox məlumatlandıraq. Onları təşkil etdiyimiz tədbirlərə dəvət edirik. İki illik magistr həyatı ərzində demək olar ki, ətrafımızdakı bütün xarici dostlarımız bu haqda geniş malumata malik oldular.

- İtaliyada nə qədər azərbaycanlı yaşayır? Maraqlıdır, hansı azərbaycanlı məşhurlar orada yaşayıb fəaliyyət göstərir?

- Bu suala cavab vermək çox çətindir. Tələbələrin sayı yüzlərlədir və hər il daha da artır. Diaspor komitəsinin verdiyi məlumatlara əsasən, səhv etmirəmsə, burada yaşayan  azərbaycanlıların sayı 10 minlərlə ölçülür. Amma təəssüf ki, dəqiq məlumat yoxdur. Qaldı məşhurlarla bağlı suala, tanıdığım heç kim yoxdur. Əgər olsaydı,  mütləq tanıyardım.

- Əksər azərbaycanlı valideynlər övladlarını xaricə göndərən zaman heç bir işə qarışmamağını, yalnız dərsləri ilə məşğul olmalarını deyir. Emin bəy, sizcə bu, düzgün yanaşmadırmı? Xaricdə oxuyan soydaşlarımızın öhdəlikləri nədən ibarətdir?  İtaliyadakı azərbaycanlı tələbələrin aktivliyi necədir?

- Valideyn hər zaman övladı üçün narahat olur. Ələxsus da, övladı ondan minlərlə kilometr uzaqdadırsa. Ona görə də hər zaman təlimatlar çox olur. Baxmayaraq ki, mənim də kifayət qədər yaşım var, amma bu günə qədər hər zaman valideynlərin tövsiyələrinə hörmətlə yanaşıram. Çünki bilirəm ki, mənim yaxşılığım üçün deyilən sözlərdir. Ona görə da bacardığım qədər əməl etməyə çalışıram.

Xaricdə yaşayan bir azərbaycanlı olaraq düşünürəm ki, biz burada millətimizin və dövlətimizin təmsilçiləriyik. Biz buradakı insanlarda özümüzə qarşı necə fikir formalaşdırsaq, o fikri millətimizə qarşı formalaşdırmış olacağıq. Bura gələn tələbənin ilk öhdəliyi təbii ki, onun dərsləridir. İlk növbədə dərslərinə ciddi yanaşmalıdır, eyni zamanda, təmsilçilik fəaliyyətini də unutmamalıdır.

- Bəs İtaliyadakı Azərbaycan diasporunun, səfirliyimizin fəaliyyəti qənaətbəxşdirmi?

- Diasporun formalaşması üçün çox uzun zaman lazımdır. Bunun üçün ən azı, bir nəsil yaşayan azərbaycanlıların olması vacibdir. Burada bizim əsas qüvvəmiz aktiv tələbələrimiz, eyni zamanda, yorulmadan Azərbaycanın maraqları naminə çalışan səfirliyimizdir. Bu baxımdan səfirliyimizin fəaliyyətini yüksək qiymətləndirirəm. Deyərdim ki, Avropada faəliyyət göstərən ən yaxşı səfirliklərdən biridir.

- Sonda ümumi sual: maraqlıdır, ölkələrimiz arasındakı fərqlər və oxşar cəhətlər nələrdir?

- İstər İtaliyada, istərsə də Azərbaycanda bu sualla çox qarşılaşıram. Doğrusu, heç vaxt bu barədə fikir mübadiləsi aparmamışam. Amma cənublular bizim kimi qonaqpərvər, mehriban və gülərüzdürlər. Şimala getdikcə, sanki insanların xarakterləri də soyuyur. Xarici görünüş cəhətdən də çox bənzərlik var. Sözsüz ki, mətbəximiz fərqlidir. Və ya italyan gənclərin əyləncə anlayışları bizimkindən tamamilə fərqlidir. Onlar həftəsonu saatlarla ayaqüstə dayanaraq içki içərək söhbət etməyi özləri üçün ən böyük əyləncə hesab edirlər. Mənə elə gəlir ki, bizim insanın dostluq anlayışı italiyanlardan çox üstündür. Kifayət qədər fərqlər saymaq olar. Əlbəttə ki, hər ölkənin mənfi və müsbət cəhətləri də var. Amma ümumi olaraq, mən İtaliyanı çox sevirəm. 
Sonda müsahibə üçün sizə və Modern.az saytının rəhbərliyinə təşəkkür  edirəm.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
20.11.2017, 00:57

"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib
20.11.2017, 00:34

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
20.11.2017, 00:17

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”

26 ildir çözülməyən Qarakənd faciəsi...
20.11.2017, 00:01

26 ildir çözülməyən Qarakənd faciəsi...

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir
19.11.2017, 23:31

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı
19.11.2017, 23:12

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi
19.11.2017, 22:56

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov
19.11.2017, 22:42

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

Yol qəzasında sürücü gözlərini itirdi
19.11.2017, 22:22

Yol qəzasında sürücü gözlərini itirdi

İlham Əliyev:
19.11.2017, 22:06

İlham Əliyev: "Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"

Cəlilabadda bıçaqlanma
19.11.2017, 21:47

Cəlilabadda bıçaqlanma

Humanitar yardım almaq istəyən 15 nəfər öldü
19.11.2017, 21:17

Humanitar yardım almaq istəyən 15 nəfər öldü

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
19.11.2017, 20:59

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu
19.11.2017, 20:46

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı
19.11.2017, 20:30

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu
19.11.2017, 20:16

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu

Saakaşvili baş nazir olmağa hazırlaşır
19.11.2017, 20:02

Saakaşvili baş nazir olmağa hazırlaşır

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.11.2017, 19:50

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.11.2017, 18:01

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ
19.11.2017, 17:35

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ

Ermənistan ordusunda növbəti FƏRARİLİK    
19.11.2017, 16:51

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb
19.11.2017, 16:37

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

ARXİV