Modern.az

Ramil Usubov daha 10 rayonun sakinləri üçün qəbul günü keçirəcək

Ramil Usubov daha 10 rayonun sakinləri üçün qəbul günü keçirəcək

Təhsil

9 İyun 2011, 18:05

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin iyul ayının 9-da Göyçay şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Nazir Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş sakinlərini qəbul edəcək. Vətəndaşların qəbulu siyahıda birinci göstərilən rayon polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayacaq. 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır