Modern.az

Deputat oğlunu özünə müavin təyin etdi

Deputat oğlunu özünə müavin təyin etdi

Aktual

17 Oktyabr 2017, 13:15

Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib. 

 

Bu haqda Modern.az-a partiyadan məlumat verilib.

 

Məlumata görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib. 


Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub. 

Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər. 

 

Partiyanın Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.

 

Qurumdan bildirlib ki, Azərbaycan Sosial Demokrat Partiyasının Nizamnaməsinə uyğun olaraq, ASDP-nin mərkəzi orqanlarına seçkilər gizli səsvermə yolu ilə alternativ əsaslarda keçirilir. Odur ki, partiyanın XIII qurultayında ASDP sədrinin müavinləri vəzifəsinə seçilən digər namizədlər kimi Səməd Əlizadə də bu vəzifəyə gizli səsvermə yolu ilə seçilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi