Modern.az

Yarış meydanında ölən idmançılar - VİDEO

Yarış meydanında ölən idmançılar - VİDEO

Dünya

17 Oktyabr 2017, 13:56

Professional idmanda insan həyatı üçün riskli məqamlar az deyil. Bəzən ehtiyatsızlıq, sağlamlıqla bağlı problemlər və yaxud hadisələrin uğursuz ardıcıllığı idman yarışları zamanı ölümə yol açır. İdman tarixində bu kimi hallar futboldan Formula-1 yarışlarına qədər müxtəlif sahələri əhatə edir.

Modern.az idman yarışlarının gedişatı zamanı ölən idmançıların adlarını təqdim edir.

 

Professional idmanda sonuncu ölüm faktı İndoneziyada qeydə alınıb. Oktyabrın 15-də İndoneziya çempionatının matçında qapıçı Çoyrul Xuda komanda yoldaşı Persela Lamonqan ilə toqquşaraq başından və belindən ağır xəsarət almışdı. Xəstəxanaya çatdırılsa da, qapıçının həyatını xilas etmək mümkün olmayıb. 

 

 

 

Kamerun yığmasının oyunçusu Mark-Vivyrn Foe 2003-cü ildə keçirilən Konfederasiya Kubokunun matçı zamanı 71-ci dəqiqədə qazona yıxılmışdı. Həkimlərin səylərinə baxmayaraq gənc futbolçunyn ürəyini yenidən işə salmaq mümkün olmamışdı. Onun hipertrofik kardiomiopatiyadan öldüyü bildirilir.

 

Foenin ölümündən qısa müddət sonra, 2004-cü il yanvarın 25-də “Benfika” klubunun oyunçusu Mikloş Feher matçın 1-ci hissəsinin sonlarında ürək tutmasından ölmüşdü. Ümumilikdə, 1888-ci ildən 2017-ci ilə qədər 72 futbolçu oyun, yaxud oyundan öncəki məşq zamanı vəfat edib.

 

Veloyürüşdə iştirak edən idmançılar da bəzi hallarda ölüm riskini gözə almalıdır. Məşhur “Tur de Frans” çoxgünlük veloyürüşü zamanı italiyalı Fabio Kazartelli qoruyucu dəbilqədən istifadə etmədiyi üçün qəzanın qurbanı olub. 1995-ci ildə 25 yaşlı veloyürüşçü Portse-D`Aspe dağından 90 dərəcə alında dönən zaman idarəetməni itirərək, digər veloyürüşüçülərlə toqquşmuşdu. O aldığı xəsarətlərdən yerindəcə keçinmişdi.

 

NBA-nın basketbolçusu Reci Lyuis isə basketbol parketində dünyasını dəyişən azsaylı idmançılardan biridir. “Boston Seltiks”in şərəfini qoruyan basketbolçu 1993-cü il iyulun 27-də növbəti məşq zamanı komanda yoldaşlarının gözü önündə yerə yıxılmışdı.

Onun narkotik vasitələrə qəbul etdiyi ehtimal olunsa da, ekspertiza Lyuisin təbii səbəblərdən keçindiyini açıqlamışdı.

 

  

Ayrton Senna Fomrula-1 yarışlarında həyatını itirən çoxsaylı pilotlardan ən məşhurudur.  1994-cü ildə braziliyalı pilot 3 qat Dünya çempionu idi və 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı planlaşdırırdı. San Marion Qran Prisi zamanı Senna idarəetməni itirərək yüksək sürətlə beton divara çırpılmışdı. Xəstəxanaya çatıdırlsa da, pilotun həyatını xilas etmək mümkün olmamışdı.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır