24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”  
Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”  
17.10.2017, 14:47

Sabah müstəqilliyimizin 26-cı ili tamam olacaq. 26 il bundan qabaq  Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

1991-ci il oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə edib. Nəhayət, oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib.


Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da isə ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Modern.az saytı  müstəqilliyimizin qəbul olunduğu ərəfədə meydanlara atılmış, Müstəqillik Aktına imza atmış  xalq şairi Sabir Rüstəmxanlının fikirlərini öyrənib.

Sabir Rüstəmxanlı saytımıza açıqlamasında o dövrü heç zaman unutmayacağını deyib.

“Mənim üçün ən xoşbəxt gün 1991-ci ilin 18 oktyabr tarixidir. Həmin gün biz oturub ağlayırdıq ki, nəhayət, Moskvanın qulbeçəsi olan köhnə kommunistlərə, zərrə qədər vətən eşqi olmayanlara o sənədi qəbul etdirə bilmişik. 1991-ci ilin 17 oktyabrında hamımız Ali Sovetin binası ətrafında toplaşmışdıq. Müstəqillik haqqında sənəd qəbul edilməyənə qədər Ali Sovetin ətrafını  tərk etməyəcəyimizə söz vermişdik.  Xalq yumruq kimi birləşmişdi. Hamı könüllü şəkildə ölkənin müstəqilliyinə can atırdı”.

Xalq şairi deyir ki, o zamankı Kommunist Partiyasına başçılıq  edənlər 1991-ci ilin martında referendum keçirdilər. Bütün əhalini SSRİ-nin tərkibindən ayrılmaq istəməməyə məcbur etdilər.


“Əslində, XX əsrin 70-80-ci illərində Azərbaycanda gedən intibah, dirçəliş məsələləri, ziyalıların, kitabların təsiri ilə gənclərin milli şüurundakı inkişaf elə bir yerə gətirib çıxarmışdı ki, Azərbaycanın müstəqillik məsələsi gündəmə gəlmişdi və azadlıq carçıları göz önündə idi. Hər kəs sözünü deyirdi. Bunun qarşısını almaq üçün Moskva  Qarabağ məsələsini ortaya atdı və ermənilərə yardım etdi. Ardınca ölkəni bürüyən mitinqlər, mətbuatda gedən yazılar Moskva rəhbərliyini də çaş-baş salmışdı. 1991-ci ilin avqustunda dövlət çevrilişi cəhdi oldu. O zaman rus ordusu hələ Bakıda idi və fövqəladə vəziyyətdə referendum keçirmişdilər. Bizim də yollarımız bağlı idi.
1991-ci ilin 23 avqustunda böyük mitinq keçirdik. Mitinqə etirazlar olurdu. O zaman Xalq Cəbhəsinin iqamətgahını dağıtdılar. Bütün bunlar xalqa yenidən təkan verdi və avqustun 26-da meydana çıxdıq. Hamımız Azadlıq meydanına toplaşdıq. Bunun nəticəsi olaraq  bir müddət sonra Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nı qəbul etdi”.

O zamankı meydan hərəkatının fəal üzvlərindən olan Sabir Rüstəmxanlı təəssüf etdiyi məqamları da dilə gətirib.

“Təəssüf ki, həmin sənədi qəbul edən o zamankı deputatların heç biri indi deputat təqaüdü almır. Müstəqilliyin əleyhinə olan bəzi adamlar isə bu gün müxtəlif vəzifələrin başındadırlar. Təəssüf ki, belə bir paradoks yaşayırıq. O zamanların əziyyətini çəkən adamlar bu gün yenə bir kənarda əziyyətin içində yaşayırlar. Amma o zaman müstəqilliyin əleyhinə olanlar indi üçrəngli bayrağın altında otururlar və özlərini elə aparırlar ki, sanki müstəqilliyin əleyhinə biz səs vermişik. Dolayı yolla müstəqilliyin tərəfdarı olanlara bir kin, istehza ilə yuxarıdan-aşağı baxırlar. Yəni  deyirlər ki, “nə olsun ki, siz bu işi gördünüz, amma xeyrini görən bizik”.
Bütün olanlara baxmayaraq, bu imkandan istifadə edib xalqımızı təbrik edirəm. Müstəqilliyiniz mübarək!”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nöqsanlara yol verən 100-dən çox hakim sistemdən kənarlaşdırılıb
24.09.2018, 20:02

Nöqsanlara yol verən 100-dən çox hakim sistemdən kənarlaşdırılıb

Ovçuluq təsərrüfatında 1000-ə yaxın partlamamış hərbi sursat tapıldı
24.09.2018, 19:42

Ovçuluq təsərrüfatında 1000-ə yaxın partlamamış hərbi sursat tapıldı

İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
24.09.2018, 19:27

İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü - YENİLƏNİB

Saray-Xırdalan avtobusunun təkəri partladı, dəmirə çırpıldı
24.09.2018, 19:11

Saray-Xırdalan avtobusunun təkəri partladı, dəmirə çırpıldı

Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu
24.09.2018, 19:06

Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu

Milli Məclis Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina etdi
24.09.2018, 18:50

Milli Məclis Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina etdi

XİN həkimlərin Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmaya başladı
24.09.2018, 18:47

XİN həkimlərin Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmaya başladı

ADU-da Aleksandr Soljenitsına həsr olunan dəyirmi masa...
24.09.2018, 18:15

ADU-da Aleksandr Soljenitsına həsr olunan dəyirmi masa...

Bakıda daha bir piyada ÖLÜMÜ
24.09.2018, 18:07

Bakıda daha bir piyada ÖLÜMÜ

AzerTelecom “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018, 18:00

AzerTelecom “Türkmentel 2018” sərgisində iştirak edəcək

Marşrutda itən uşaq valideynlərini tapdı - VİDEO
24.09.2018, 17:57

Marşrutda itən uşaq valideynlərini tapdı - VİDEO

Gəncədə həyətyanı sahədə 135 partlamamış sursat tapıldı 
24.09.2018, 17:54

Gəncədə həyətyanı sahədə 135 partlamamış sursat tapıldı 

“Ginnesin Rekordlar Kitabı”na namizəd olan azərbaycanlılar Rusiya televiziyasında
24.09.2018, 17:48

“Ginnesin Rekordlar Kitabı”na namizəd olan azərbaycanlılar Rusiya televiziyasında

Tramp Şimali Koreya lideri ilə yenidən görüşəcək
24.09.2018, 17:42

Tramp Şimali Koreya lideri ilə yenidən görüşəcək

Sərhəddə 18 milyon dollarlıq kokain AŞKARLANDI
24.09.2018, 17:36

Sərhəddə 18 milyon dollarlıq kokain AŞKARLANDI

Bağlanan universitetin tələbələri bu ali məktəbə köçürüldü - RƏSMİ AÇIQLAMA
24.09.2018, 17:27

Bağlanan universitetin tələbələri bu ali məktəbə köçürüldü - RƏSMİ AÇIQLAMA

Bakı-Yessentuki-Kislovodsk reysinin QİYMƏTİ
24.09.2018, 17:23

Bakı-Yessentuki-Kislovodsk reysinin QİYMƏTİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
24.09.2018, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-da
24.09.2018, 17:17

Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-da

Zakir Həsənov bu ölkə ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi
24.09.2018, 17:15

Zakir Həsənov bu ölkə ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi

Azercell  jurnalistlər üçün seminar təşkil etdi
24.09.2018, 17:13

Azercell  jurnalistlər üçün seminar təşkil etdi

Novruz Məmmədov gələn ilin büdcə layihəsini nazirlərin müzakirəsinə çıxardı - FOTOLAR
24.09.2018, 17:11

Novruz Məmmədov gələn ilin büdcə layihəsini nazirlərin müzakirəsinə çıxardı - FOTOLAR

İran paradda törədilən terror aktının baiskarlarını tapdı
24.09.2018, 17:10

İran paradda törədilən terror aktının baiskarlarını tapdı

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib - FOTO
24.09.2018, 17:09

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib - FOTO

Ərdoğan sabah dünyaya hansı mesajlar verəcək? – Baş katibdən Modern.az-a AÇIQLAMA
24.09.2018, 17:08

Ərdoğan sabah dünyaya hansı mesajlar verəcək? – Baş katibdən Modern.az-a AÇIQLAMA

“Bakcell”in baş icraçı direktoru rəqəmsallaşmadan danışdı
24.09.2018, 17:08

“Bakcell”in baş icraçı direktoru rəqəmsallaşmadan danışdı

Piratlar 12 dənizçini girov götürdü
24.09.2018, 17:01

Piratlar 12 dənizçini girov götürdü

İcra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi
24.09.2018, 16:43

İcra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi

UNEC-in dəyərləri 
24.09.2018, 16:39

UNEC-in dəyərləri 

İtaliya miqrasiya qanunlarını sərtləşdirdi
24.09.2018, 16:37

İtaliya miqrasiya qanunlarını sərtləşdirdi

İŞİD yeni təhlükə yaradır...
24.09.2018, 16:35

İŞİD yeni təhlükə yaradır...

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir - FOTO+VİDEO
24.09.2018, 16:34

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir - FOTO+VİDEO

Maşın sürərkən siqaret çəkmək qadağan edilsin! - Deputatdan maraqlı TƏKLİF   
24.09.2018, 16:31

Maşın sürərkən siqaret çəkmək qadağan edilsin! - Deputatdan maraqlı TƏKLİF  

Konstitusiya Məhkəməsində dollar kreditlərilə bağlı qərara yalnız bu hakim ETİRAZ EDİB
24.09.2018, 16:22

Konstitusiya Məhkəməsində dollar kreditlərilə bağlı qərara yalnız bu hakim ETİRAZ EDİB

İlahiyyat İnstitutunda bütün tələbələrə pulsuz dərsliklər verilib - FOTO
24.09.2018, 16:20

İlahiyyat İnstitutunda bütün tələbələrə pulsuz dərsliklər verilib - FOTO

ARXİV