17 iyul 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb
Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb +
17.10.2017, 15:36

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massari ilə görüşüb.

 

A.Massarini səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklə ADU arasındakı münasibətlər iki ölkə arasındakı dialoqun əsasını təşkil edir.

 

İtaliya ilə bağlı xatirələrindən danışan rektor dünyaşöhrətli italyan yazıçısıUmberto Ekonun dəvəti ilə onun evində olduğunu xatırladıb. Bu xatirələrin unudulmaz olduğunu deyən  rektor İtaliya ilə bağlı xoş təəssüratlarını bölüşüb.

 

Multikulturalizm sahəsində əməkdaşlıqdan söz açan K.Abdulla bildirib ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi universitetlərdən biri də İtaliyanın La Sapienza Universitetidir. ADU-nun bir çox xarici universitetlərləəməkdaşlıq etdiyini deyən rektor əlavə edib ki, bu əlaqələrin La Sapienza universiteti ilə də davam etməsinə çalışacaq: “Çalışacağam ki,italyan alimlər Azərbaycana gəlsinlər.Mən italiyalı alimlərin ADU ilə sıx təmaslarının qurulmasının tərəfdarıyam. Ümid edirəm ki, cənab səfir bizim bu istiqamətdə arzularımızın həyata keçirilməsinə kömək edəcək. Biz“Azərbaycan multikulturalizmi” fənninin təkcə La Sapienza Universitetində deyil, digər ali təhsil müəssisələrində də tədris olunmasından məmnun olardıq”.

 

K.Abdulla qeyd edib ki, xarici universitetlərlə əlaqələr təkcə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bitmir. Bu fənni öyrənən tələbələr Azərbaycana yay və qış multikulturalizm məktəblərinə dəvət edilir, ölkəmizdə yaşayan müxtəlif xalqların həyatı ilə yerindəcə tanış olur.

 

İtalyan dilinin bütün mədəni dillərin ruhunda yaşadığını söyləyən rektor  ADU-da italyan dilinin öyrənildiyini, İtalyan dili Mərkəzinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. O,səfirdən İtaliya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına köməklik göstərməsini xahiş edib. Artıq Çin, Rumıniya və İndoneziyada müvafiq mərkəzlərin fəaliyyətə başlamasına hazırlıq görüldüyünü vurğulayan K.Abdulla ADU-nun İtaliyada da belə bir mərkəzin açılması ilə bağlı bütün lazımi addımları atmağa hazır olduğunu sözlərinə əlavə edib.

 

Öz növbəsində səfir A.Massari Azərbaycanın ölkəsində kifayət qədər tanındığını, İtaliya səfirliyi ilə ADU arasında isti münasibətlərin mövcud olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu münasibətlər daha da məhsuldar olacaq. Mən əməkdaşlığa, eyni zamanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə öz töhfəmi vermək istərdim. Əminəm ki, digər italyan universitetləri də bu fənnintədrisinə maraq göstərəcək”.

 

Səfir əlavə edib ki, Bolonya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini təşkil etmək olar və o, bu barədə həmin universitetin rektoruna məlumat verəcək. O, bildirib ki, İtaliya universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması təklifini müsbət qarşılayır: “Mən bu təklifi yerinə yetirəcəyimə söz verirəm və xahişinizi mənə edilən təkliflər arasında zirvəyə qoyuram. Çünki universitetlər arasındakı əlaqələr prioritet məsələdir”.

 

Səfir ADU-nun rektorunun onun “Səfir saatı” klubunda mühazirə oxumağı barədə dəvətini müsbət qiymətləndirib və məmnuniyyətlə tələbələrlə, o cümlədən italyan dili üzrə məzun olmuş şəxslərlə görüşəcəyini bildirib.

 

Görüşün sonunda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”kitabı və rektor K.Abdullanın İtaliyada nəşr olunan əsərləri təqdim olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.07.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bakıda binanın damına çıxan şəxs intihar etmək istədi  
17.07.2018, 17:13

Bakıda binanın damına çıxan şəxs intihar etmək istədi  

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində  
17.07.2018, 17:02

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində  

Əflatun Amaşovun Vikipediya səhifəsi yaradıldı   
17.07.2018, 16:56

Əflatun Amaşovun Vikipediya səhifəsi yaradıldı  

Dünyanın ən çox qazanan idmançıları - İlk onluq
17.07.2018, 16:48

Dünyanın ən çox qazanan idmançıları - İlk onluq

“Qaçqınkom”da köçkünlərin növbəti qəbulu keçirilib
17.07.2018, 16:24

“Qaçqınkom”da köçkünlərin növbəti qəbulu keçirilib

Azərbaycandan Batumiyə gedənlərə MƏSLƏHƏT - Jurnalistin səfər QEYDLƏRİ   
17.07.2018, 16:18

Azərbaycandan Batumiyə gedənlərə MƏSLƏHƏT - Jurnalistin səfər QEYDLƏRİ  

Sevimli restoranlar şəbəkəsinə media tur
17.07.2018, 16:16

Sevimli restoranlar şəbəkəsinə media tur

Fransada təyyarə qəzası: 2 ölü
17.07.2018, 16:03

Fransada təyyarə qəzası: 2 ölü

Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdü
17.07.2018, 16:01

Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdü

Erməni generallar Paşinyandan narazıdırlar - Repressiya DALĞASI
17.07.2018, 15:48

Erməni generallar Paşinyandan narazıdırlar - Repressiya DALĞASI

Rəqabət Məcəlləsi yenidən hazırlanıb
17.07.2018, 15:35

Rəqabət Məcəlləsi yenidən hazırlanıb

“Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
17.07.2018, 15:33

“Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”

Falçının aldatdığı məmur və deputatlar - “Qızını ərə vermək, oğlunu tələbə etmək üçün falçıya gedirlər”
17.07.2018, 15:27

Falçının aldatdığı məmur və deputatlar - “Qızını ərə vermək, oğlunu tələbə etmək üçün falçıya gedirlər”

Rusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqında
17.07.2018, 15:20

Rusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqında

Fərqlənmə attestatlarının verilməsinə başlanılıb
17.07.2018, 15:18

Fərqlənmə attestatlarının verilməsinə başlanılıb

Bakının baş planının yenidən hazırlanmasına başlandı - RƏSMİ
17.07.2018, 15:14

Bakının baş planının yenidən hazırlanmasına başlandı - RƏSMİ

Paşinyan Ermənistanın ilk prezidenti ilə Qarabağı müzakirə etdi
17.07.2018, 14:57

Paşinyan Ermənistanın ilk prezidenti ilə Qarabağı müzakirə etdi

Nabrandakı 13 istirahət mərkəzinə cərimə kəsildi
17.07.2018, 14:51

Nabrandakı 13 istirahət mərkəzinə cərimə kəsildi

Yeni “neft şoku” qaçılmaz olacaq
17.07.2018, 14:49

Yeni “neft şoku” qaçılmaz olacaq

“Qaragin üzümə dedi ki, o da Azərbaycana qarşı təxribatlar aparır” - Şeyx
17.07.2018, 14:43

“Qaragin üzümə dedi ki, o da Azərbaycana qarşı təxribatlar aparır” - Şeyx

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu - FOTO
17.07.2018, 14:37

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu - FOTO

Rusiya NATO üzvünün hava sərhədlərini pozdu
17.07.2018, 14:34

Rusiya NATO üzvünün hava sərhədlərini pozdu

Allahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildi   
17.07.2018, 14:13

Allahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildi  

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb
17.07.2018, 13:56

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu
17.07.2018, 13:36

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu

Sərdar Cəlaloğlu: “O partiyalar ləğv olunmalıdır!” - TƏKLİF  
17.07.2018, 13:23

Sərdar Cəlaloğlu: “O partiyalar ləğv olunmalıdır!” - TƏKLİF  

Sabahın hava PROQNOZU - 38 dərəcə isti   
17.07.2018, 13:01

Sabahın hava PROQNOZU - 38 dərəcə isti  

Azərbaycana gələn əcnəbi turistlər ən çox bu ölkələrdəndir - SİYAHI
17.07.2018, 12:57

Azərbaycana gələn əcnəbi turistlər ən çox bu ölkələrdəndir - SİYAHI

Piyadalara tətbiq edilən cərimələr ARTDI
17.07.2018, 12:49

Piyadalara tətbiq edilən cərimələr ARTDI

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı
17.07.2018, 12:30

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı

Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanıldı
17.07.2018, 12:22

Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanıldı

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA
17.07.2018, 12:11

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA

“Sınıq Körpü”dəki sıxlıq aradan qaldırıldı   
17.07.2018, 12:02

“Sınıq Körpü”dəki sıxlıq aradan qaldırıldı  

 “Asan İmza” nömrəsinin aylıq abunə haqqı ARTIRILDI
17.07.2018, 11:59

Asan İmza nömrəsinin aylıq abunə haqqı ARTIRILDI

ARXİV