Modern.az

Bakıda mənzildən qadın meyiti tapıldı  

Bakıda mənzildən qadın meyiti tapıldı   

17 Oktyabr 2017, 15:44

Oktyabrın 17-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi