Modern.az

Prezident İlham Əliyevin Sloveniya səfəri başlayıb

Prezident İlham Əliyevin Sloveniya səfəri başlayıb

9 İyun 2011, 19:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Serbiya səfərini yekunlaşdıraraq Sloveniya Respublikasına rəsmi səfərə gedib. (AzərTAc)
Azərbaycan Prezidentini Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. 
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Brdo qəsrinin önündə Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Sloveniyanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Sloveniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Danilo Türkə təqdim olunub.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi