Modern.az

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub  

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub   

Aktual

17 Oktyabr 2017, 16:31

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti  tərəfindən  müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir.  “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq  elektron xidmətlər sistemi yaradılıb.

Son illər həyata keçirilən sistem xarakterli islahatların Səhmdar Cəmiyyətin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, eləcə də əhalinin bu xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait  yaradır. Hazırda  Səhmdar Cəmiyyət tərəfindən 11növdə elektron xidmət təqdim olunur. 2017-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən  müxtəlif məsələlərlə bağlı 215360 dəfə elektron qaydada müraciət edilib. Təkcə sentyabr ayında  “Azərsu” ASC-nin elektron xidmətlərinə 28 mindən çox müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  8,9 dəfə çoxdur.

Qeyd edək ki, www.azersu.az  saytında yerləşdirilmiş onlayn sorğuda iştirak edənlərin 55,6 faizi “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərdən istifadə etdiklərini bildiriblər. Elektron xidmətlərdən istifadə  www.e-gov.az  portalı və www.azersu.az  saytı üzərindən həyata keçirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır