Kiyevin mərkəzində Ali Radanın önündə Mixail Saakaşvilinin tərəfdarları ilə polis arasında qarşıdurma ayaranıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı azı 1 polis əməkdaşı yaralanıb.
Toqquşmalar Saakaşvilinin “Yeni Qüvvələr Hərəkatı”nın üzvlərinin Rada qarşısında çadır quraşdırmaq istəyinə görə baş verib. Mitinq iştiralçılarının bəziləri Poroşenkonun istefasına qədər etirazlarını davam etdirəcəklərini deyib.