Modern.az

Türkiyədə törədilən partlayışda yaralı sayı 18-ə çatdı - Yenilənib

Türkiyədə törədilən partlayışda yaralı sayı 18-ə çatdı - Yenilənib

18 Oktyabr 2017, 00:58

Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı baş nazirin müavini Bəkir Bozdağ məlumat verib.

Onun sözlərinə görə, yaralananlardan 17-si polis əməkdaşı, bir nəfəri isə mülki şəxsdir.

Qeyd edək ki, bundan əvvəl partlayış nəticəsində 12 nəfərin yaralandığı bildirilmişdi. Partlayıcı qurğu isə zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.

 

20:02

 

Türkiyədə növbəti dəfə partlayış törədilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin şəhərində polis avtomobili partladılıb. Partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb. Hadisə nəticəsində 12 nəfər yaralanıb.

Məlumata görə, yaralananlar hamısı polis əməkdaşlarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir