Modern.az

Həmsədrlər yenə birgə bəyanat veriblər

Həmsədrlər yenə birgə bəyanat veriblər

9 İyun 2011, 23:50

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov regiona səfərləri ilə bağlı birgə bəyanatla çıxış edib. Birgə bəyanatda vasitəçilərin 6-9 iyun tarixində Bakı, İrəvan və Dağlıq Qarabağa səfər etdikləri deyilir. Bildirilir ki, həmin səfərlər çərçivəsində ATƏT-in şəxşi nümayəndəsi Andjey Kasprşiklə birgə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və Qarabağ separatçılarının rəhbəri ilə görüş keçirilib. (ANS)

Bəyanat müəllifləri qeyd edib ki, bu görüşlərdə Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin yekunlaşması və təsdiqinə yönəlik addımlar müzakirə olunub. İyunun 7-də Ağdam rayonunda cəbhə xəttini piyada keçdiklərini önə çəkən həmsədlər tərəfləri təxribat xarakterli və danışıqlar prosesinə zərbə vura biləcək bəyanatlar verməkdən çəkinməyə çağırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir