Modern.az

Ətəyi qalxan qadın, kartof əkən kişi və 500 MİLYARD DOLLAR...

Ətəyi qalxan qadın, kartof əkən kişi və 500 MİLYARD DOLLAR...

Ədəbi̇yyat

17 Oktyabr 2017, 22:05

İstəyimizdən asılı olmayaraq reklamlar günün istənilən zamanında həyatımıza daxil olur. Küçədə, nəqliyyat vasitələrində, marketlərdə, televiziya və radioda, müxtəlif saytlarda, qəzet və jurnallarda, iaşə obyektlərində, bir sözlə ayağımızı qoyduğumuz istənilən məkanda reklamlarla üz-üzə qalmaq məcburiyyətindəyik.

Son illər dünyada reklamlara sərf olunan vəsaitlərin kəskin artması və reklamlardan daha geniş istifadə deməyə əsas verir ki, bu məlumatlandırma vasitəsindən istifadə öz səmərəsini verir. Deməli insanların hər hansı bir məhsulun almasında və ya təklif olunan çoxsaylı xidmətlərdən istifadəsi zamanı seçimində reklamların rolu heç də az deyil.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Hər il dünyada reklama 500 milyard dollar pul sərf edilir. Heç də kiçik məbləğ deyil.

70 yaşına çatan insan orta hesabla 2 milyona yaxın reklamı izləməyə “məhkum” olur.

Ən çox şikayətlərə və narazılıqlara səbəb olan reklam Avstraliyada çəkilib. Yerli klinikalardan biri cinsi zəifliyin müalicəsi ilə bağlı reklam çarxı hazırlayıb. Süjetdə müalicənin effektini nümayiş etdirmək üçün bu klinikada müalicə alan kişinin həyat yoldaşı barmaqlarının ucunda paltar şkafının üst rəfindən nə isə götürərərkən ətəyi yuxarı qalxır və çılpaq bədənini öz ərinə göstərir. Bu hərəkətdən kişinin cinsi həvəsli olması tamaşaçının diqqətinə çatdırılır. Avstraliyalılar bu reklamı qeyri-etik və əxlaq qaydalarına zidd qəbul ediblər.

Dünyada ən bahalı siyasi reklam kampaniyası 2008-ci ildə prezident seçkiləri zamanı Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu reklama görə Barak Obama 310 milyon, Con Makkeyn 136 milyon dollar sərf edib.

İlk dəfə çap məhsullarında reklam 1477-ci ildə İngiltərədə buraxılıb. İngilislər dua kitablarını reklam ediblər.

Yazısının böyüklüyünə görə ən rekord vuran reklam “Sitroen” şirkətinə məxsus olub. 1925-ci ildə Parisdə Eyfel qülləsində quraşdırılan, şirkətin adı göstərilən reklam 38 kilometrlik məsafədən görünüb. Reklam altı rəngdən ibarət olub və onun işıqlandırılması üçün 250 min ədəd işıqdan istifadə edilib. İşıqlandırılma sisteminin quraşdırılmasında 90 kilometr uzunluğunda naqillərdən istifadə olunub. Bu nəhəng reklamın ömrü düz 11il davam edib.

Reklam məsələsinə yaponlar özünəməxsus yanaşıblar. Verlişlərin və filmlərin arasında göstərilən reklamlardan qıcıqlanan insanlar üçün yaponlar xüsusi proqram kəşf ediblər. Belə ki, televizora baxan zaman reklamların başladığı anda televizor avtomatik olaraq sönür, bitdikdən sonra isə yenidən işə düşür.

Təbii ki, reklamın əsas məqsədlərindən biri təqdim olunan məhsula maraq yaratmaqdır. Bunun üçün bəzən hiyləgər vasitələrə də əl atılır. 18-ci əsrdə fransalı aqronom əkdiyi kartofu reklam etmək üçün belə bir hiyləgərliyə əl atıb. Antuan Parmante gündüz vaxtı kartof sahələrinin ətrafına silahlı mühafizəçilər düzüb. Yerli əhali belə qənaətə gəlib ki, Antuanın əkdiyi kartof belə ciddi şəkildə qorunursa, demək bu məhsul olduqca keyfiyyətli və qetri-adidir. Sözsüz ki, bu reklamdan sonra fransalı aqronomun məhsulunun satışında ağılasığmaz uğurlar olub.

İlk dəfə yol kənarlarında reklam bilbordlarının quraşdırılması ideyası 1900-cü ildə Amerikada yaranıb.

Amerika Birləşmiş Ştatlarının əcazçılıq şirkətləri reklama dərmanların laborator tədqiqatlarından iki dəfə artıq pul xərcləyirlər.

Reklamın uşaqlara təsiri daha böyükdür. Aparılmış tədqiqatların nəticəsinə görə uşaqlara reklam olunan məhsul alınanda onlar özlərini daha xoşbəxt hiss edirlər.

Almaniya ailələrində alış-veriş edilərkən uşaqların istəklərinə üstünlük verilir. Burda söhbət təkcə şirniyyat və oyuncaqlardan getmir. Hətta məişət texnikaları alınarkən uşaqların təklifləri nəzərə alınır. Belə yanaşma onunla izah olunur ki, uşaqlar reklamlara daha həvəslə baxır və müxtəlif məhsullar haqqında daha çox məlumatları var.

“Life” jurnalı reklamlardan 100 milyon dollar qazanan ilk mətbu orqan olub.

Homoseksualların iştirakı ilə reklam ilk dəfə 1994-ci ildə çəkilib. Reklamda iki gənc kişinin birlikdə “İKEA” şirkətinə məxsus mebel mağazasından seçim etməkləri öz əksini tapıb.

Reklam sahəsinin tədqiqatçılarına görə, reklam dünyada insana ən güclü təsir göstərə biləcək nüfuzlu və əhəmiyyətli sənət formasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi