Modern.az

Bank olmayan kredit təşkilatları – onun özəllikləri nədir?

Bank olmayan kredit təşkilatları – onun özəllikləri nədir?

İqtisadiyyat

18 Oktyabr 2017, 09:11

İnkişaf edən maliyyə-iqtisadi münasibətlər şəraitində ölkədə banklarla yanaşı, bank olmayan kredit təşkilatları (BOKT) da fəaliyyət göstərir. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş bəzi banklar sonradan bank olmayan kredit təşkilatına çevrilib.

 

Modern.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən məlumatına görə, hazırda ölkədə 47 BOKT fəaliyyət göstərir. BOKT-lar da banklar kimi kredit verə bilir, amma əmanət cəlb edə bilmir. BOKT-lar tərəfindən əmanətin cəlb edilməsi yalnız Mərkəzi Bankın lisenziyası əsasında mümkündür. Maraqlıdır, kredit təşkilatları eynilə banklarda olduğu kimi kredit verilməsini həyata keçirə bildiyi halda nə üçün əmanət cəlb edə bilmir?

 

Qeyd edək ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti “BOKT-lar haqqında” Qanunla tənzimlənir. Bank olmayan kredit təşkilatı xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

 

BOKT-lər iki növə - girov əmanəti qəbul etmək hüququ olan və belə hüququ olmayan kredit təşkilatlarına bölünürlər.

 

Xarici ölkələrin ərazisində fəaliyyət göstərən BOKT Azərbaycan Respublikasında yalnız girov əmanəti qəbul etmək hüququ olmayan filiallar təsis edə bilər. Belə filiallara lisenziyaların verilməsi, onların fəaliyyətinin tənzimlənməsi və fəaliyyətləri üzərində nəzarət bu Qanunla girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-lər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

 

BOKT-un adında "bank olmayan kredit təşkilatı" sözləri olmalıdır. Heç bir BOKT sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz. Qanunda göstərilib ki, BOKT dövlət qeydiyyatına alınmış və fəaliyyətdə olan - bankların, kredit ittifaqlarının və digər bank olmayan kredit təşkilatlarının adlarından istifadə edə bilməz.

 

Qeyd edək ki, bank əmanəti barədə müddəalar Mülki Məcəllə ilə tənzimlənir. Məcəllənin 944.1-ci maddəsində bank əmanətinə bir tərəfin (bank) başqa tərəfdən (əmanətçi) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürməsi barədə müqavilə kimi anlayış verilib. Kredit təşkilatının cəlb etdiyi əmanət bank əmanəti deyil, girov əmanəti adlandırılır.

Bu adlandırma həm kredit təşkilatının hüquqi statusunun bank olmaması ilə, həm də öhdəliyin icrasının təmini üsullarından biri kimi girovun çıxış etməsindən irəli gəlir.

 

Girov əmanəti qəbul etmək hüququ olan BOKT-un filialı yalnız Mərkəzi Bankın verdiyi icazə əsasında açıla bilər. Girov əmanəti qəbul etmək üçün BOKT-un lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-un girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir.

 

Modern.az hazırda fəaliyyətdə olan BOKT-ların siyahısını təqdim edir:

 

1. Avrasiya-Kredit

2. Azərbaycan Mikro Kredit 

3. Azəri Finans

4. Azəri Star Mikromaliyyə

5. Azinvestkredit

6. Azmikroinvest

7. Aqrarkredit

8. Union Kredit 

 9. EmbaFinans 

 10. Brand Kredit 

 11. İDK

 12. Caspian İnvest  

 13. City Finance       

 14. Efektinvest        

 15. Falcon Finance

 16. Finans İnvest     

 17. FinEx Kredit

 18. Finka-Azərbaycan

 19. Finoko  

 20. Fintrend              

 21. Gold Finance 

 22. İcraçı Kredit Agentliyi

 23. İDEAL Kredit 

 24. İnkişaf üçün Maliyyə  

 25. İnternational     

 26. Kəpəz   

 27. Kred Aqro

 28. KREDEX               

 29. Kredit House     

 30. Kredit-Servis     

 31. Maliyyə Resurs Mərkəzi                

 32. Mədəd-Kredit  

 33. Merkuri

 34. MolBulak Kredit

 35. OMNİ FİNANCE

 36. PARA

 37. Premier Kredit  

 38. Prokredit

 39. PSG Finance      

 40. Qafqaz Kredit    

 41. Regional

 42. Səba-Kredit

 43. TBC Kredit

 44. TCF

 45. Viator Mikrokredit

 46. Vijn Fond AzərKredit

 47. Viza Kredit BOKT MMC

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır