Modern.az

Ermənistan əhalisinin sayı 2.5 milyon nəfərə qədər azala bilər

Ermənistan əhalisinin sayı 2.5 milyon nəfərə qədər azala bilər

18 Oktyabr 2017, 09:26

Ermənistan əhalisinin sayı 2035-ci ilə qədər 2,5 milyon nəfərə qədər azala bilər. Buna səbəb kimi, ölkədəki demoqrafik vəziyyət və miqrasiya problemləri göstərilir.

 

AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla BMT-nin Əhali Fondunun Ermənistan üzrə nümayəndəsi Qarik Ayrapetyan çıxış edib.

 

Fondun məlumatına görə, əgər ölkə əhalisinin artımı üçün doğuş sayının çoxalması və repatriasiya üçün müvafiq addımlar atılsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı 3,2 milyonadək arta bilər.

 

Ayrapetyanın sözlərinə görə, teoretik olaraq bu mümkün olsa da, praktiki cəhətdən çox çətindir.

 

Onun sözlərinə görə, Ermənistan prezidentinin 2040-cı ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması barədə bəyanatı dasadəcə ambisiyalı çıxış deyil, bu çox çətin əldə oluna biləcək bir məqsəddir.

 

O bildirib ki, Ermənistanın gəlirlərin bərabərsizliyi baxımından dünya ölkələri sırasında ilk onluqda qərarlaşması həmin məqsədin necə çətin olduğunu sübut edir.

 

Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı