Modern.az

Bu gün 11 bölgədə buraxılış imtahanı keçirilir

Bu gün 11 bölgədə buraxılış imtahanı keçirilir

10 İyun 2011, 10:27

Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları davam edir. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, bu gün 3 şəhərdə və 9 rayonda buraxılış imtahanları keçirilir.
Ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanları ana dili və ədəbiyyat, riya­ziyyat, Azərbay­can tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fən­lə­rin­­dən keçirilir. 

Bugünkü imtahanlar Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında təşkil olunub.

Qeyd edək ki, bundan öncə - iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında;
iyunun 4-də Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında; 
iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində buraxılış imtahanlarl keçirilib.

Mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən növbəti buraxılış imtahanları iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında keçiriləcək.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, indiyədək keçirilən buraxılış imtahanlarının cavabları iyunun 20-dən sonra açıqlanacaq.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!