NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə hazırlıq iclasının vaxtı məlum olub.
Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
O qeyd edib ki, iclas Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə oktyabrın 31-i, saat 11:30-a təyin edilib.
Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da həbs olunub. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham edilərək, hər biri 10 il azadlıqdan məhrum edilib.