Modern.az

Türkiyə səfirliyinin müşaviri: “Azərbaycanlılar türklərdən daha gözəl, modern geyinirlər” (MÜSAHİBƏ)

Türkiyə səfirliyinin müşaviri: “Azərbaycanlılar türklərdən daha gözəl, modern geyinirlər” (MÜSAHİBƏ)

10 İyun 2011, 10:57

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Yavuz Bayram Maraş Modern.az saytına müsahibə verib.

- Yavuz bəy, 3 aydır ki, Azərbaycandasınız. Bizim media barədə ilkin təəssüratlarınız nədir?

- Azərbaycana gəldiyim zamandan mətbuatı tanımağa çalışıram. Üç ay içində bir qismini tanıdım. Tanıdığım qədərilə Azərbaycan mediasında çox çalışan, işinə sadiq jurnalistlər var. Uzun müddətdir mediada çalışan insanlar var, onlar öz işlərinin öhdəsindən gəlirlər. Media mənsubları baxımından hər hansı problem yoxdur. Müşahidə edirəm ki, Azərbaycan mediasının maddi sıxıntıları var. Qəzetlərin tirajları, satışı aşağıdır, maddi imkanları zəifdir. Eyni zamanda texnika çatışmazlığı da mövcuddur. Təcrübəli işci çatışmazlığının hiss olunduğunu müşahidə etmişəm. Məsələn, universitetlərin jurnalistika fakültələrini bitirənlərin mətbuatıda fəaliyyətləri indiyə kimi yetərli səviyyədə olmayıb. Amma universitelərdə yeni-yeni jurnalistika fakültələri açılır, inkişaf etdirilir. Ümid edirəm ki, o fakültələrdən məzun olan tələbələr yavaş-yavaş Azərbaycan mətbuatına qatılacaq və mövcud çatışmazlıq aradan qalxacaq. Təhsil müəssisələrindəki gənclər mətbuat sahəsinə daxil olsalar, bunun çox faydası olar. Amma təbii ki, hər şey maddiyatdan asılıdır. Bu günki günümüzün bütün sahələrində bu, belədir. Azərbaycan mətbuatı daha çox reklam gəliri əldə etməlidir, mətbuatın daha çox özəl sektordan dəstək alması vacibdir. Bütün bu məsələləri Türkiyə ilə qarşılaşdırdığımız zaman Türkiyədəki hər hansı bir qəzetin iqtisadi gücü burdakılardan qat-qat yüksəkdir. İnşallah, Azərbaycan mətbuatının inkişafını mən müsbət görürəm.
Azərbaycan inkişaf edir və bu inkişaf mətbuata da təsir edəcək.  Özəl sektorun inkişafı çok önəmlidir, çünki sadəcə dövlətin dəstəyi ilə mətbuatın inkişafı müəyyən bir mərhələyə qədər davam edir. Qısaca, mən mətbuatın gələcəyindən ümidliyəm. Hazırda isə Azərbaycan mətbuatının vəziyyəti yetərli səviyyədə deyil. Mətbuatın hazırki inkişafını yetərli görməsəm də, ümid edirəm ki, qısa müddət ərzində yüksək səviyyəyə çatacaq. 

- Azərbaycan mətbuatının Türkiyəyə münasibətini necə qiymətləndirirsiniz?

- Azərbaycan mətbuatı Türkiyədəki hadisələrin inkişafını çox yaxından izləyir. Məsələn, mən Lənkəran, Quba bölgəsinə getdim, oradakı yerli media nümayəndələri ilə görüşdüm. Orada da Türkiyə televizayalarını, qəzetələrini davamlı izləyirlər, hadisələrin inkişafını paylaşırlar. Eyni zamanda, Türkiyədə təhsil alan azərbaycanlı jurnalist tələbələrin sayı kifayət qədərdir. Onlar da oradakı hadisələri yaxından izləyirlər. Türkiyə mətbuatının inkişafının Azərbaycana da müsbət təsir edəcəyinə inanıram. Biz çox tarixi bağları olan eyni millətin insanlarıyıq. Mətbuat da eyni ilə biri-birilə əlaqəli olur. Azərbaycan mediası hər mövzuda Türkiyə ilə işbirliyi çərcivəsində çalışır. 

- Azərbaycan mətbuatının Türkiyəyə münasibəti ilə Türkiyə mətbuatının Azərbaycana münasibəti adekvatdırmı?

- Türkiyə mətbuatının Azərbaycana münasibəti lazımı səviyyədə deyil. Biz bunun üçün çox səy göstəririk. Bizim media-informasiya qurumları bütün türk cümhuriyyətləri ilə, eyni zamanda qohum cümhuriyyətlərlə əlaqələrin qurulmasına çox çalışır. Türkiyədə Azərbaycana maraq yüksək səviyyədədir, Azərbaycan xalqı, mətbəxi çox sevilir, ancaq türk mediasının Azərbaycana marağının tarazlıq təşkil etdiyini düşünmürəm. Azərbaycanla bağlı məlumatlara daha çox qəzetələrdə, televiziyalarda yer verilməsi vacibdır. Türkiyədə media müstəqil və tərəfsiz olduğu üçün bizim bu məsələlərə müdaxilə etmək səlahiyyətimiz yoxdur,  sadəcə təşviq edə bilirik. Buradakı jurnalistləri Türkiyəyə aparmaq, Türkiyədəki jurnalistləri bura gətirməklə sıx qarşılıqlı əlaqələr quraraq buna nail ola bilərik. Biz də qurum olaraq buna çalışırıq.  Türkiyədə jurnalistlərin marağının artaçağına inanıram, çünki onsuz da Azərbaycan türk xalqı tərəfindən çox sevilir, burada baş verən ən xırda mənfi hadisə orada insanlar tərəfindən kədərlə qarşılanır. Eyni zamanda Türkiyə xalqı Qafqazda baş verən hadisələri çox yaxından izləyir və bu mövzuda maraqlıdır. Azərbaycan Türkiyədə sevildiyi üçün buna nail olmaq asandır. Amma son zamanlarda qəzetlərdə, televiziyalarda Azərbaycandakı baş verən hadisələrə çox yer verilmir. Çox böyük hadisə olsa, maraqlanırlar. Bu tendensiyanın dəyişəcəyinə inanıram. Buna da dediyim kimi türkiyəli jurnalistlərə Azərbaycanı tanıtmaqla  nail olmaq olar. Məsələn, mənə hər zaman Azərbaycandakı rayonların vəziyyətindən danışılırdı, amma gedib görməmiş bunları hiss etmək olmur. Dediyim kimi, Lənkəran bölgəsinə getdim, gəzdim. Bunun məndə çox böyük təsirləri oldu. Yənı Azərbaycanı sən türk jurnalistlərinə nə qədər anlatsan da, təsiri müəyyən bir yerə qədər olacaq. Amma gəlib görsələr bir başqa. Gələn il Azərbaycanda inşallah “Eurovision” olacaq, bunun Azərbaycanın inkişafına çox təsir edəcəyinə inanıram. Türk jurnalistlər də mütləq gələcək. Bu şəkildə Türkiyə jurnalistlərinin Azərbaycana marağının artacağına inanıram. 

- Türkiyə mediasının Azərbaycana qarşı münasibətində ciddi fərq var. Məsələn, İstanbiul mediası ilə Ankara mediası arasında?

- Düzü mən buna fikir verməmişəm. Bilmirəm, bu barədə hec düşünməmişəm.

- Burada yaşayışınızdan razısınızmı?

- Ailəm orada olduğu üçün bir qədər çətindir. Səmimi deyirəm, burdakı insanlar mənə heç qəriblik yaşatmadı. Həm səfirlikdə çalışan dostlar, həm də mətbuatda olanlar... Tanış olduğum insanlar o qədər səmimi davrandı ki, sanki Ankaranın bir səmtində yaşıyıram. Hər bir işdə çox kömək edirlər, tək problemim ailəm üçün darıxmaqdır. 

- Türkiyədə təsəvvür etdiyiniz Bakı ilə indi yaşadığınız Bakı arasında oxşarlıq, fərq varmı?

- Türkiyədə olarkən Bakını köhnə, çox da modern olmayan bir şəhər kimi təsəvvür edirdim. Yəni beynimdə belə bir təsəvür var idi. Azərbaycana gəlməmiş televiziyalardan izləyirdim, gəlib gördükdən sonra çox təəccübləndim. Türkiyənin hər hansı bir şəhərindən heç bir fərq yoxdur. Avropa şəhərləri kimi inkişaf edib, modern küçələr, maşınlar, gözəl parklar salınıb. Sahili xüsusilə sevirəm. Hər axşam Sahilə gedib dostlarımla gəzirəm. Dostlarım xaricində məkan olaraq ora üçün darıxacam. İnkişaf hiss olunur, inşallah bu, davam edəcək.

- Türkiyə və Azərbaycan arasında  mətbəx, geyim məsələlərində oxşarlıq və fərqlər nədən ibarətdir?

- Getdiyim yerlərin yemək mədəniyyətində heç bir fərqlilik görməmişəm. Yağlılıq, duzluluq biri-birinə bənziyir.  Daha çox türk restoranlarına gedirəm. (Bəlkə də elə buna görə fərqliliyi görünmür-red). Azərbaycan mətbəxi Türkiyə mətbəxinə bənzəyir. Sağlamlığıma mənfi təsir etmədi, çox bəyənərək və sevərək yeməkləri yeyirəm.  Geyimə gəlincə, bu da Türkiyəyə bənzəyir, amma mən Azərbaycan xalqının  bir az daha modern geyindiyini düşünürəm. Türkiyədən daha gözəl, modern geyinirlər. Yəni modanı daha çox izlədiklərini düşünürəm. Düzdür, son modanı bilmirəm, amma Türkiyədə daha çox sərbəst geyimə üstünlük verirlər. İnsanlara baxanda hamının xüsusi geyindiyi hiss olunur, sanki xüsusi bir günə hazırlaşıblar. Bu yaxşıdır əslində, baxımlı olmaq qarşındakına dəyər vermək anlamındadır.  Bu cəhətdən Azərbaycan xalqının Türkiyədən daha irəlidə olduğunu düşünürəm.

- Hazırda hası layihələr üzərində işləyirsiniz?

- Hazırda bəzi proyektlərə başlamışıq,  yeni proyekt hazırlamaq, həyata kecirmək üçün 6 ay qısa vaxtdır. Bu müddət sadəcə tanış olmaq üçün yetərli deyil... Mətbuat müçaviri kimi Bakıda üç illik çalışmağı çox istərdim. 

- Türkiyədəki seçkilər Azərbaycan mediasıənda necə işıqlandırılır?

- Bu mövzuva çox diqqət yetirildiyini düşünürəm, biz o xəbərləri Türkcəyə çevirib Türkiyəyə göndəririrk. Hər gün mətbuatda seçkilərlə bağlı xeyli yazı çıxır. Mən də faydalanıram o yazılardan, gözəl şərhlər olan yazılar var. Türk siyasi həyatını yaxşı bilirlər, bütün partiyalara maraqla yanaşırlar. Türkiyədəki bir jurnalistdən az məlumatlı deyillər.  Bu da məni çox sevindirir.

- Azərbaycan medaisını izləyirsiniz, Türkiyənin hansı partiyasına rəğbət bəsləndiyini hiss edirsiniz?

- Gördüyüm qədərilə MHP-yə bir qədər çox maraq göstərirlər. Qəzetlərdə yer alan yazılar, şərhlər də bu istiqamətdədir. 

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi