Modern.az

Bakıdakı məşhur restoran rus ailəsinin toyundan imtina etdi – Məhərrəmliyə görə

Bakıdakı məşhur restoran rus ailəsinin toyundan imtina etdi – Məhərrəmliyə görə

18 Oktyabr 2017, 11:44

Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq. Adətən İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı kimi dəyərləndirilir. Bu baxımdan Məhərrəmliyi dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar.  Çünki adətən əksəriyyət bu ayda toy etməkdən çəkinir. Buna baxmayaraq fərqli düşünən insanlar da var.

 

Maraqlıdır, Məhərrəmlik  ayı girəndən etibarən indiyə kimi restoranlarda toylar olubmu?

 

Modern.az saytı bu sualla bir neçə restorana müraciət edib.

 

“Mega Palace” şadlıq evinin əməkdaşı Vüsal Şirinov:

 

“Hansısa restoranlarda ola bilər ki, kiçik məclislər olsun. Amma biz şadlıq evi olduğumuz üçün ancaq toy işlərinə baxırıq. Bu baxımdan Məhərrəmlikdə hər hansı toy olmayıb. Lakin 2-3 ay qabaqcadan Məhərrəmlikdən sonrakı aylar üçün sifarişlər var”.

 

“Çanaqqala” restoranının əməkdaşı Rafiq:

 

“Bilirsiniz ki, azərbaycanlılar Məhərrəmlik ayında toy  etməyin tərəfdarı deyil. Buna görə də bu ayda indiyə kimi hər hansı toy olmayıb. Növbəti aylar üçün isə indidən  müraciətlər var. Bunlar nişan, xınayaxdı mərasimləridir”.

 

“Gilavar” restoranının administratoru Rufan Qasımov:

 

“Neçə ildir, bu sahədə çalışmağıma baxmayaraq, hələ  Məhərrəmlik ayında toylar üçün müraciət edənlərlə rastlaşmamışam. Bilirsiniz, azərbaycanlılar bu ayda toy etməkdən çəkinirlər. Əksəriyyəti düşünür ki, bu ayda toy etsə, ya boşanacaqlar ya övladları olmayacaq. Tutaq ki, hansısa əcnəbi üçün Məhərrəmliyin önəmi yoxdur və toy üçün müraciət edə bilər. Lakin onun da qonaqları azərbaycanlı olacaq axı. Bu baxımdan hələki belə bir şeylə rastlaşmamışam. Məhərrəmlikdən sonrası üçün isə artıq sifarişlərimiz var”.

 

“Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu  Abbasova:

 

“Məhərrəmlik ayı girəndən etibarən indiyə kimi  şadlıq evində toylar olmayıb. Bu, adətən hər il belə olur. Sadəcə  bir dəfə rus xanımı toy etmək üçün müraciət etsə də, rəhbərliklə razılıq olmayıb”.

 

“Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlu:

 

“Məhərrəmlik ayı çərçivəsində  hansısa şənlik və ya toy üçün müraciət olmayıb. Lakin növbəti aylar üçün təyin olunan toylarımız var”.

 

“Xəmsə” şadlıq evinin administratoru Bəxtiyar:

 

“Məhərrəmlik ayı girəndən bəri  restoranda toy olmayıb. Eyni zamanda, bununla bağlı hər hansı müraciətlər də yoxdur. Amma Məhərrəmlikdən sonra üçün qabaqcadan sifarişlər olur”.

 

“Su Sonası” şadlıq evinin administrator Mütalib Əhmədov:

 

“Ümumiyyətlə Azərbaycanda elə adam ola bilərmi ki,  Məhərrəmlik ayında toy keçirsin və ya bunun üçün  qabaqcadan müraciət etsin? Ola bilər, müəyyən  rayonlarda bu ayda toylar edilsin. Amma indiyə kimi bizim restorana hər hansı müraciət olmayıb. Noyabrın 21-də Məhərrəmlik ayı tam çıxacaq. Həmin vaxt üçün sifarişlər mövcuddur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?