27 aprel 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi
Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi
18.10.2017, 12:11

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Bu barədə Modern.az-a TEAS-dan məlumat verilib.

Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Qeyd edək ki, İkinci Dünya savaşının döyüş meydanlarında 300 minə yaxın azərbaycanlı qəhrəmancasına həlak olub. 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlanan bu yeni sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə “CC&C Productions” şirkəti üçün çəkilib. Layihənin rəhbəri Arzu Əliyevadır.

Ən az tanınan arxiv görüntülərindən olan bir epizodda Adolf Hitlerin Nasist iyerarxiyasının müxtəlif üzvləri əhatəsində Xəzər dənizi ətrafı formasında bir tort yediyini göstərir və burada üzərində svastika olan şokoladlı kremlə B–A–K–U sözü yazılıb. Tortu yedikdən sonra Hitler deyir: “Biz Bakı neftini ələ keçirə bilməsək hər şeyi itirəcəyik.” Bu sadəcə şişirtmə deyildi – Bakının neft yataqları bütün Sovet ehtiyyatlarının 80 faizini təşkil edirdi. Bu, Qızıl Ordunun uğuru üçün əsas idi. Bakının işğalı 26 sentyabr 1942-ci il tarixinə təyin edilmişdi.

Böyük Britaniya parlamentinin üzvü M.Menzis tədbir iştirakçıları qarşısında çıxış edərkən bildirib ki, “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmində İkinci Dünya müharibəsinin həmin o mühüm illərində Azərbaycanın rolundan bəhs edilir. Nasist Almaniyası Bakının neft yataqlarını ələ keçirmək üçün baha başa gələn səylər göstərdi. Bir çox azərbaycanlıların igidliyi nəticəsində nasistlərin son hədəfə çatmasının qarşısı alındı. Əgər onlar buna nail olsaydı, müharibənin gedişatı fərqli istiqamət ala və daha uzun sürə bilərdi. Tarixi hadisələrin dəqiq göstərilməsi vacibdir və filmdə buna nail olunub.

“Böyük Britaniyada – Avropanın əksər hissəsində olduğu kimi – Şərqdə gedən müharibənin detalları çox vaxt nəzərdən qaçır. Bu film Azərbaycan və onun vətəndaşlarının oynadığı mühüm rolu müəyyən dərəcədə izah edir. Mən, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini olaraq, bu filmi nümayiş etdirməyimə çox şadam. Bu qrup Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün çalışır” – deyə, M.Menzis vurğulayıb.

Tamamilə arxiv xronikalarından ibarət olan bu film, Bakının mexanikiləşdirilmiş neft çıxarma yurdu olmasının vurğulanması və şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri, habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz açıqlama olub.

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində çalışmalar zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. Film “RMC Découverte” və “National Geographic” kanallarında nümayiş etdirilib.

Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə “Musée de l’Armée” Ordu Muzeyində filmin Avropa premyerası keçirilib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
27.04.2018, 00:07

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü

Azərbaycan neftinin SON QİYMƏTİ
27.04.2018, 00:03

Azərbaycan neftinin SON QİYMƏTİ

Tarixi görüş sabah baş tutacaq   
26.04.2018, 23:58

Tarixi görüş sabah baş tutacaq  

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  
26.04.2018, 23:53

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı
26.04.2018, 23:51

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
26.04.2018, 23:48

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
26.04.2018, 23:26

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ
26.04.2018, 23:07

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
26.04.2018, 22:35

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
26.04.2018, 22:29

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı
26.04.2018, 21:51

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
26.04.2018, 21:40

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

 ABŞ-ın dövlət katibi oldu - Pompeo
26.04.2018, 21:37

 ABŞ-ın dövlət katibi oldu - Pompeo

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
26.04.2018, 21:27

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
26.04.2018, 21:20

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
26.04.2018, 21:12

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 
26.04.2018, 21:06

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 

SOCAR-la BP arasında yeni  saziş imzalandı
26.04.2018, 20:56

SOCAR-la BP arasında yeni  saziş imzalandı

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
26.04.2018, 20:38

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü
26.04.2018, 20:38

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü

Rusiya XİN:
26.04.2018, 18:55

Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
26.04.2018, 18:46

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO

Sabah Bakının 2 rayonunda qaz olmayacaq
26.04.2018, 18:40

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
26.04.2018, 18:34

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

Ölü dənizdə 10 nəfər itkin düşdü
26.04.2018, 18:29

Ölü dənizdə 10 nəfər itkin düşdü

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
26.04.2018, 18:17

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018, 18:08

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   
26.04.2018, 17:56

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
26.04.2018, 17:48

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  
26.04.2018, 17:46

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
26.04.2018, 17:43

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu   
26.04.2018, 17:40

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu  

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
26.04.2018, 17:34

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı   
26.04.2018, 17:19

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı  

Manatın sabahkı MƏZƏNNƏSİ 
26.04.2018, 17:18

Manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(4.95%)
İmtahan qiymətləri normalıdr(3.96%)
İmtahan qiymətləri aşağıdır(1.98%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.2%)
İmtahan qiymətləri azaldılmalıdır(4.95%)
İmtahan qiymətləri artırılmalıdır(13.8%)