Modern.az

Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının rəhbəri ilə görüşüb

Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının rəhbəri ilə görüşüb

10 İyun 2011, 11:04

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Türk Hərəkat Partiyasının rəhbəri, keçmiş dövlət naziri Adnan Kahil ilə görüşüb. 
Görüş və fikir mübadiləsi zamanı Q. Paşayeva Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi barədə məlumatlar verib. O, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvanın məhəl qoymaması barədə danışıb.
Q.Paşayeva Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Hərəkat Partiyasının öz səylərini daha da artıracağına inandığını deyib. Qənirə Paşayeva Adnan Kahilə Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar, sənədli filmlər təqdim edib və onu Azərbaycana dəvət edib.

Azərbaycanı sevdiyini söyləyən A. Kahil böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib.


Mail Ağaxaov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir