Modern.az

Ukraynanın daxili işlər naziri Saakaşviliyə qarşı təxribat hazırlaya bilər – MÜSAHİBƏ

Ukraynanın daxili işlər naziri Saakaşviliyə qarşı təxribat hazırlaya bilər – MÜSAHİBƏ

18 Oktyabr 2017, 13:25

Ötən gün Ukraynanın paytaxtı Kiyevdə, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili və tərəfdarları mitinq keçiriblər. 

Aksiyada 2 mindən artıq insan iştirak edib.

Politoloq Zərdüşt Əlizadə Ukraynada cərəyan edən siyasi proseslərlə bağlı Modern.az saytının suallarını cavablandırıb:

 

- Mixail Saakaşvili ötən gün tərəfdarları ilə birgə mitinq keçirdi. Sizcə Saakaşvilinin bu addımları öz təşəbbüsüdür, yoxsa dolayısı ilə də olsa Qərbin planıdır?

 

- Heç nə səbəbsiz və dəstəksiz olmur. Kimsə nəsə etmək istəyəndə, dəstək axtarır, köməyə ehtiyac duyur. Daha böyük işlər görmək istəyəndə isə daha çox tərəfdaş və daha böyük dəstəyə ehtiyac olur. Bu zaman insanın əlində kütləvi informasiya vasitələri də olmalıdır ya da media onun maraqlarına xidmət edən materiallar verməlidir. Təbii ki, Saakaşvili dünyada tənha deyil. Gürcüstanın prezidenti olub, böyük islahatlar aparıb, yaxşı hörməti var. O, Odessada da islahatlar aparırdı. Amma Ukrayna prezidenti Poroşenko və onun oğru dəstəsi buna imkan vermədi. Poroşenko istəmir ki, Ukraynada müsbət bir dəyişiklik olsun. Qərb Saakaşvilinin demokratik seçki, qanun uğrunda apardığı mübarizəyə müsbət yanaşır. Ancaq bu o demək deyil ki, bütün bunlar Qərbin planıdır. Baş verənlər Saakaşvilinin özünün istəyidir.

 

- Birbaşa və ya dolayı da olsa, Qərb Saakaşvilinin addımlarını alqışlayır. Bəs maraqlıdır, Qərb Ukrayna hökumətindən niyə narazıdır ki, Saakaşvilinin orada əl-qol açmasına şərait yaradır?

 

- Ona görə ki, Ukrayna hakimiyyəti oğrudur, islahat aparmır. Ona görə ki, ciblərini doldurmaqla məşğul olur, “millət, millət” deyə-deyə xalqın pullarını oğurlayırlar.

 

-Bu dolayısı ilə Qərbdən idarə olunursa, Saakaşvilinin hakimiyyətə gəlmək ehtimalı varmı?

 

- Hələlik belə bir ehtimal yoxdur. Ukrayna qanunlarına görə Saakaşvilinin nə deputat nə də prezident seçilmək hüququ var. Saakaşvilinin hakimiyyətə gəlməsi üçün inqilab lazımdır. 

 

- İnqilab üçün zəminin olmamasının səbəbləri nədir?

 

- Heyf ki, inqilab idmana bənzəmir. Ümid isə yalnız yerli  inqilabçı kadrların hazırlanmasına qalır. İnqilab elə bir təzahürdür ki, ilə baxmır, zəmin olanda o ortaya çıxır.

 

- Saakaşvili ilə Yuliya Timoşenko əməkdaşlıq edir. Bəs onların birgə siyasi təşkilat yaratması mümkündürmü?

 

- Siz dediyiniz kimi, onlar yalnız əməkdaşlıq edirlər. Hərəsinin isə özünün ayrı təşkilatı var.

 

- Bilirsiniz ki, Saakaşvilinin qubernatorluq vəzifəsindən uzaqlaşdırılmasının əsas səbəbkarı Ukraynanın daxili işlər naziri Arsen Avakov oldu. Bu mənada Avakov Saakaşviliyə qarşı hər hansı təxribat hazırlaya bilərmi?

 

- Ukraynanın daxili işlər naziri Arsen Avakov oğrudur. Onun oğurluğu sübut olunub. Sadəcə hələ də nazir olaraq qalır. Bunun səbəbi isə budur ki, Poroşenkonun müttəfiqidir. Avakov Saakaşviliyə qarşı təxribat hazırlaya bilər. Hər şey ola bilər.

 

- Sizcə nə cür təxribat?

 

- Onu Poroşenko və Avakov bilər. Təxribat cəbbəxanası çeşidli və zəngin olur. Ukrayna hakimiyyəti bütün təxribatlardan istifadə edə bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir