Modern.az

“Bakı Avropanın şərqinin enerji təminatçısıdır” - Polşalı nazirdən AÇIQLAMA

“Bakı Avropanın şərqinin enerji təminatçısıdır” - Polşalı nazirdən AÇIQLAMA

Aktual

18 Oktyabr 2017, 13:47

 

“Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir. Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır. Bizim əməkdaşlığımız region baxımından önəmli ola bilər”.

 

Modern.az-ın məlumatına görə, bunu Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

V. Vaşçikovski qeyd edib ki, Azərbaycan kimi təhlükəsiz ölkə polşalı turistlər üçün maraqlı ola bilər.

 

“Biz “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı müzakirə etdik. Növbəti ay sammit olacaq və biz bu qrup çərçivəsində əməkdaşlığı müzakirə edib, genişləndirə biləcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir