20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Azərbaycan mediası ən mühüm xəbəri niyə erməni saytlarından götürdü?..
Azərbaycan mediası ən mühüm xəbəri niyə erməni saytlarından götürdü?..
18.10.2017, 13:47

Azərbaycanda bəzi dövlət qurumlarının mətbuat xidmətləri operativlikdə qonşu ölkələrə, xüsusilə də düşmən tərəfə məğlub olur.  Söhbət ictimai əhəmiyyətli informasiyadan gedirsə, daha diqqətli olmaq lazımdır. Məsələn, bəzən hansısa önəmli məlumatları, hətta onun təfərrüatlarını erməni saytlarından izləyirik. Çünki bizdən əvvəl bu məlumatları və şəkilləri  onların dövlət qurumlarının mətbuat xidməti yayır.

Elə Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdikləri 16 oktyabr tarixli görüşündə olduğu kimi... Mediamız ilk xəbərləri ya erməni saytlarından əldə etdi, ya da Sarkisyanın mətbuat katibi Vladimir Akopyanın Twitter hesabından...

Məsələ ilə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a bildirib ki, hökümət qurumlarının mətbuat xidmətləri aktiv olmağa meylli deyillər:


“Müasir informasiya dövrünün əsas xüsusiyyətlərindən biri xəbər sürətinin həddindən artıq böyük olmasıdır. Dünyanın və eləcə də yerləşdiyi məkanın həyatında önəmli rol oynamaq, siyasi gündəmdə qalmaq üçün mütləq bu rəqabət tələblərinə tabe olmalı və özfəaliyyətini buna uyğunlaşdırmalısan. Həmçinin, qabaqlayıcı modellər, yanaşmalar ortaya qoymağı bacarmalısan. Bu, təkcə informasiya təhlükəsizliyi baxımından qüsur yaratmır. Yəni sən mötəbər mənbə kimi erməni mediasından istifadə edib, ona istinadən ən mühüm məlumatları dərc edirsən. Qeyd etdiyim məsələnin bir hissəsidir. Digər tərəfdən, bu gün hər hansı dövlət hadisələri, milli məsələlər çevrəsində möhkəmləndirici addımlar atılmalıdır.

Vaxtilə Rəcəb Tayyip Ərdoğan baş nazirliyinin yeni dönəmində bildirmişdi ki, Türkiyə siyasi gündəmini özü formalaşdırmalıdır. Bu, çox önəmli məsələdir. Təəssüf ki, bizim hökümət qurumlarının, bəlkə də rəhbər şəxslərinin bu məsələlərə baxışına görə mətbuat xidmətləri çox da aktiv olmağa meylli deyillər. Halbuki, onların böyük əksəriyyətini tanıyırıq və hər biri özünəməxsus istedada malik adamlardır”.

Deputat qeyd edib ki, informasiya məsələsində geri qalmaq yalnız ziyana səbəb olur:

“Xəbər özü xilas rolunda çıxış edir, istiqamət verir, panikaları aradan qaldırır. Hətta real həll mənasında iştirak edir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Məsələn, Aprel hadisələri zamanı Azərbaycanda birlik nümayiş olundu. Aidiyyatı qurumların informasiya işinə cavabdeh olan şəxsləri kifayət qədər aktivlik nümayiş etdirdilər. Media, dövlət qurumları, cəmiyyət harmonik halda bir cəbhədə iştirak etdilər. Amma bu hadisədən kənarda dövlət qurumlarının bir qədər ləngidiyinin şahidi oluruq.

Bilirsiniz, İran və Qərb arasında 1979-cu ildən bu yana böyük qarşıdurmalar davam edir. Bu gün informasiya, texnologiya dövrüdür. Hətta İranın ali rəhbəri Xameneyi mübarizədə informasiyanın nə qədər güclü silah olduğunu qəbul edir. Bu baxımdan onun  xüsusi hesabında yüz milyonlarla insana hansısa bir dini hadisə, siyasi mövqe təqdim olunur.  İnformasiya işində gerilik yalnız ziyana işləyir”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz düşünür ki, bu gün ölkədə elektron informasiya istehsalı prosesi yetərli səviyyədə deyil:

“Hər bir dövlət qurumunda informasiyanın emalı prosesi var. Bəzi dövlət qurumlarında bu sistem artıq qurulub. Dövlət qurumunun hansısa otağında informasiya istehsal olunur və  bu, qurumun saytında, sosial media hesablarında açıqlanır. Bu proses qısa ya da uzun  ola bilir. Təəssüf ki, bəzi dövlət qurumlarında  elektron informasiyanınm istehsalı və açıqlanması ilə bağlı yol kifayət qədər mürəkkəbdir. Halbuki, müəyyən  qanunvericiliklərdə  ictimai əhəmiyyətli informasiyaların dərhal açıqlanması qeyd olunub”.

O.Gündüz bildirib ki, bu cür ləngimələrin qarşısını almaq üçün qanunvercilik müddəalarını sərtləşdirmək lazımdır:

“Hazırda bəzi dövlət qurumları çevik, effektiv mexanizmlər qura bilməyiblər. Bu, həm sosial mediaya, həm də qurumun saytına aiddir.  Müasir dövrdə informasiyanı birinci açıqlayan ictimai  rəyi formalaşdırır. İnternet media isə bu istiqamətdə mühüm rol oynayır. Hesab edirəm ki, dövlət qurumları bunu nəzərə almalıdır.

Bu baxımdan  dövlət qurumlarında ictimai informasiyanın ləngidilməsi, açıqlanmaması  ilə bağlı qanunvericilikdəki müddəaları sərtləşdirmək lazımdır. Həmçinin, bundan dolayı məsuliyyət, müəyyən cərimələr müəyyən edilməlidir. Əgər informasiya ləngidilərsə, düşmən tərəf ictimai rəyi öncə  formalaşdıra bilər. Təbii, bu da Azərbaycanın maraqlarına ziddir”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
20.11.2017, 00:57

"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib
20.11.2017, 00:34

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
20.11.2017, 00:17

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”

26 ildir çözülməyən Qarakənd faciəsi...
20.11.2017, 00:01

26 ildir çözülməyən Qarakənd faciəsi...

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir
19.11.2017, 23:31

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı
19.11.2017, 23:12

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi
19.11.2017, 22:56

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov
19.11.2017, 22:42

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

Yol qəzasında sürücü gözlərini itirdi
19.11.2017, 22:22

Yol qəzasında sürücü gözlərini itirdi

İlham Əliyev:
19.11.2017, 22:06

İlham Əliyev: "Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"

Cəlilabadda bıçaqlanma
19.11.2017, 21:47

Cəlilabadda bıçaqlanma

Humanitar yardım almaq istəyən 15 nəfər öldü
19.11.2017, 21:17

Humanitar yardım almaq istəyən 15 nəfər öldü

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
19.11.2017, 20:59

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu
19.11.2017, 20:46

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı
19.11.2017, 20:30

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu
19.11.2017, 20:16

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu

Saakaşvili baş nazir olmağa hazırlaşır
19.11.2017, 20:02

Saakaşvili baş nazir olmağa hazırlaşır

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.11.2017, 19:50

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.11.2017, 18:01

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ
19.11.2017, 17:35

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ

Ermənistan ordusunda növbəti FƏRARİLİK    
19.11.2017, 16:51

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb
19.11.2017, 16:37

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

ARXİV