Modern.az

Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlar Bakıda keçiriləcək

Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlar Bakıda keçiriləcək

18 Oktyabr 2017, 14:03

Oktyabrın sonunda Avropa Komissiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

Nazir qeyd edib ki, səfərdə məqsəd Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq üzrə yeni sazişlə bağlı müzakirələrin aparılmasıdır.

 

E.Məmmədyarov bildirib ki, Avropa Komissiyası nümayəndələrinin səfəri zamanı sazişin ikinci fəsli müzakirə olunacaq:

 

"Azərbaycan Avropa İttifaqı ilə bütün sahələrdə münasibətləri müzakirə etməyə hazırdır. Bu saziş bizim üçün strateji əhəmiyyət daşıyır".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi