22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - “CBC Sport” Türkiyə superliqasının oyunlarını canlı yayımlaya bilməyəcək - şirkətə İTTİHAM 
“CBC Sport” Türkiyə superliqasının oyunlarını canlı yayımlaya bilməyəcək - şirkətə İTTİHAM 
18.10.2017, 14:47

Bir müddət əvvəl "CBC Sport" kanalı Türkiyə çempionatının oyunlarını canlı yayımlayacağı barədə xəbərlər yaymışdı. Həmin hadisənin üstündən uzun müddət keçməsinə baxmayaraq TV-dən səs-soraq çıxmadı.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı “CBC Sport” telekanalı rəsmi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, Türkiyə superliqasının oyunlarının rəsmi yayım hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib:

“Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə superliqasının oyunları bizim kanalda yayımlanmayacaq.

 

“DigiTürk”dən olan partnyorlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır.

 

Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardır.

 

Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrimizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük.

 

Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik. Superliqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində “CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə, sürətlə alınıb.

 

Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib. Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidir kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik. Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində “Digi Türk”də çalışan partnyorlarmız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu, məsələyə bizim şəxsi baxışımızdır. Və bütün bunları, sadəcə, ehtimal edirik”.

 

Kanal həmçinin  yaranmış xoşagəlməz vəziyyətə görə üzr istəyib:

 

“Biz heç vaxt pul, qazanc və reklam dalınca qaçmamışıq. Çünki bizim əsas qazancımız siz tamaşaçıların maraq və sevgisidir. Amma adi həyatda olduğu kimi, televiziya həyatında da bəzən çalışıb işi daha yaxşı görmək istəyirsən, lakin kənar müdaxilələr buna imkan vermir.

 

Ölkə idmansevərlərini həmişə yeniliklərlə və maraqlı idman layihələri ilə sevindirən “CBC Sport” yaranmış xoşagəlməz vəziyyətə görə sizlərdən üzr istəyir!

 

Problemin müsbət həlli üçün əlimizdən gələni etdik, təəssüf ki, etdiklərimiz yetərli olmadı. Haqlı irad və etirazlarınızı anlayışla qarşılayır, qəbul edirik. Vədimizə əməl edə, Türkiyə superliqasının oyunlarını yayımalya bilmədiyimizə görə bir daha üzrxahlıq edirik”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib
22.11.2017, 12:57

Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”
22.11.2017, 12:46

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”   
22.11.2017, 12:45

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”  

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib   
22.11.2017, 12:38

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib  

Sabahın hava PROQNOZU   
22.11.2017, 12:34

Sabahın hava PROQNOZU  

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi
22.11.2017, 12:31

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi

Deputat şəhid ailələri ilə bağlı təklif verdi
22.11.2017, 12:25

Deputat şəhid ailələri ilə bağlı təklif verdi

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR   
22.11.2017, 12:24

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR  

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək
22.11.2017, 12:20

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək

Parlament yenə büdcəni müzakirə edir
22.11.2017, 12:07

Parlament yenə büdcəni müzakirə edir

Azərbaycandakı yanğın, partlayışlarla bağlı həyəcanlı STATİSTİKA
22.11.2017, 12:03

Azərbaycandakı yanğın, partlayışlarla bağlı həyəcanlı STATİSTİKA

Putin-Ərdoğan-Ruhani görüşündə Qarabağ müzakirə olunmayacaq - MÖVQE
22.11.2017, 11:50

Putin-Ərdoğan-Ruhani görüşündə Qarabağ müzakirə olunmayacaq - MÖVQE

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
22.11.2017, 11:46

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

Yaponiya İmperatoru taxtdan imtina edir
22.11.2017, 11:34

Yaponiya İmperatoru taxtdan imtina edir

Qonşu ölkə pullarının dəyərdən düşməsi Azərbaycana təsir edəcək
22.11.2017, 11:18

Qonşu ölkə pullarının dəyərdən düşməsi Azərbaycana təsir edəcək

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” - VİDEO
22.11.2017, 11:16

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” - VİDEO

Tanınmış şəxslər Fədayə Laçına görə ölkə rəhbərliyinə müraciət etdilər
22.11.2017, 11:06

Tanınmış şəxslər Fədayə Laçına görə ölkə rəhbərliyinə müraciət etdilər

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbi davam edir
22.11.2017, 11:03

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbi davam edir

Əsəb dispanserindən qaçan şəxsin meyiti tapıldı
22.11.2017, 10:53

Əsəb dispanserindən qaçan şəxsin meyiti tapıldı

Deputatlarımız AŞPA-nın iclaslarına gedirlər   
22.11.2017, 10:49

Deputatlarımız AŞPA-nın iclaslarına gedirlər  

Ermənilər mövqelərimizə mərmilər atdı
22.11.2017, 10:44

Ermənilər mövqelərimizə mərmilər atdı

Leyla Əliyeva UNICEF-in regional direktoru ilə görüşdü
22.11.2017, 10:42

Leyla Əliyeva UNICEF-in regional direktoru ilə görüşdü

Qarabağda 3 erməni hərbçi öldü, 1-i yaralandı
22.11.2017, 09:55

Qarabağda 3 erməni hərbçi öldü, 1-i yaralandı

Abdal dərəsinin gizlinləri
22.11.2017, 09:54

Abdal dərəsinin gizlinləri

22.11.2017, 09:47

"İki məhbusun qaçması Penitensiar Xidmətdə nöqsanların olduğunu göstərir” - NAZİR  

Ağ Ev  Putin-Tramp danışığının mövzularını açıqladı
22.11.2017, 09:41

Ağ Ev  Putin-Tramp danışığının mövzularını açıqladı

Xəzərdə zəlzələ oldu
22.11.2017, 09:37

Xəzərdə zəlzələ oldu

Tbilisidə antiterror ƏMƏLİYYATI
22.11.2017, 09:34

Tbilisidə antiterror ƏMƏLİYYATI

Şəhid anası oğlunun məzarında bayraq asılmasını istəyir
22.11.2017, 09:27

Şəhid anası oğlunun məzarında bayraq asılmasını istəyir

Rəsulzadənin xanımının məzarı tapıldı - FOTOLAR
22.11.2017, 09:25

Rəsulzadənin xanımının məzarı tapıldı - FOTOLAR

“Bit bazarı” deyib keçməyin - Hər şey tapacaqsınız - REPORTAJ   
22.11.2017, 09:17

“Bit bazarı” deyib keçməyin - Hər şey tapacaqsınız - REPORTAJ  

Həbsdə olan müğənni Fədayə Laçından YENİ XƏBƏR var
22.11.2017, 09:01

Həbsdə olan müğənni Fədayə Laçından YENİ XƏBƏR var

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək
22.11.2017, 08:57

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

Prezidentlər 1 neçə saatdan sonra Suriyanın taleyini həll edəcəklər
22.11.2017, 08:54

Prezidentlər 1 neçə saatdan sonra Suriyanın taleyini həll edəcəklər

Nöqsanlara yol verən 20 məhkəmə hakimi işdən çıxarılıb   
22.11.2017, 08:48

Nöqsanlara yol verən 20 məhkəmə hakimi işdən çıxarılıb  

ARXİV