24 may 2018, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ
Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ +
18.10.2017, 15:04

2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş Elvin Qayıbovun həyat yoldaşı Aytac Qayıbova Modern.az saytına müsahibə verib.
Elvin Qayıbov 1989-cu ilin 26 dekabrında Xaçmazda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin şəhid çavuşu Elvin Qayıbov ölümündən sonra  "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Modern.az saytı şəhidimizin həyat yoldaşı Aytac Qayıbova ilə müsahibəni təqdim edir.

- Aytac xanım, Elvinlə ailə münasibətləriniz sevgi üzərində qurulmuşdu, yoxsa, valideynlərin seçimi idi?

-Bir müddət bir-birimizi tanıyıb sevmişik. Sonra valideynlərimizin xeyir-duası ilə nikaha daxil olmuşuq. Ailə quranda Elvinin 25 yaşı vardı. Mən isə hələ orta məktəbdə oxuyurdum. Bir  müddət nişanlı qalmalı olmuşduq. Çünki məktəbli olduğumdan nikah yaşım deyildi. Orta məktəbi bitirdikdən sonra toyumuz oldu.

- Elvin müddətdən artıq  hərbi xidmət göstərirdi?

- Bəli. Füzulidə çavuş kimi hər xidmət göstərirdi.

- Nə vaxtsa, Elvini hərbi hissədən geri çəkmək haqqında fikirlər səsləndirirdiniz?

- Belə söhbətlər edirdik. Ailə qurandan sonra Elvinlə Füzulidə 3ay yaşamalı oldum. İşi çətin idi. Orada olandan sonra bir daha əmin oldum ki, hərb sahəsi asan deyil. Hər an sevdiyin insanı itirmək təhlükəsi yaşayırsan. Elvin hiss edirdi ki, o, hərb sahəsinə qayıdanda mən çox narahat oluram. Söz vermişdi ki, xidmətinin 3 ili tamam olan kimi tərxis olunacaq.
2016-cı ilin 4 aprelində Elvinin 3 ili tamam olurdu və o həmin gün ailəsinin - bizim yanımıza qayıdacaqdı. Amma elə həmin gün şəhid oldu. Hətta komandiri də  Elvinin  bu işdən uzaqlaşmaq fikrindən xəbərdar idi. Sadəcə demişdi ki, 10 gün də gözlə, sonra çıxıb gedərsən. Biz nə biləydik ki, belə bir hadisə olacaq. Özü də Elvin evdən 7 gün olardı ki, hərbi hissəyə geri dönmüşdü. Martın 27-si məzuniyyət vaxtı bitmişdi.

- Sonuncu telefon danışıqlarınız zamanı sizə nə deyirdi?

-  Onunla hər gün danışırdım. Amma hər danışanda halallıq istəyirdi. “Mənə nə etmisənsə, halal elə” deyirdi.

- Son istəyi nə olmuşdu?

- Başqa istəyi də vardı. “Mənə bir şey olsa get, xoşbəxt ol” demişdi.

- Dedidiz ki, Elvinin ili çıxan kimi qaynatanızgilin evini tərk etməli oldunuz. Kimdən gəldi belə bir addım atmaq?

- Bu ilin 10 aprelində Elvinlə yaşadığımız evdən çıxmalı oldum. Çox çətin idi Elvinsiz o evdə yaşamaq. Hələ də inana bilmirəm ki, 1 il o evdə necə yaşamışam. Elə bilirdim ki, o evdən sağ çıxmayacam. Qaynanam, qaynatam və mən bir il bir yerdə yaşadıq.  Elvinsiz onun valideynlərinin üzünə baxmaq çox çətin idi.

- Hazırda Elvinin ailəsi ilə əlaqə saxlayırsınızmı?

- Hər gün telefon əlaqəmiz olur.

- Elvinin ata-anası nə arzulayır sizə?

- Nə arzulayacaqlar ki?! Deyirlər, get xoşbəxt ol. Onlara gedib-gəlirəm, baldızlarımla görüşürəm. Əlaqəni kəsməmişəm. Yenə də mənim üçün qaynana, qaynata olaraq qalırlar.

- Əslində hər bir sualı çətinliklə verirəm. Bildiyimə görə, övladınız yoxdur. Hər halda, Elvin övladının olması barədə xəyallarını dilinə gətirməmiş olmazdı.  Çünki hər kəsin ata, ana olmaq arzusu olur.

- Elvinin də ata olmaq arzusu vardı. O, uşaqları çox sevirdi. Həmişə arzulayırdı ki, əkiz uşaqları olsun. Deyirdi ki, mənim də əkiz uşaqlarım olacaq. Elvin 3 dəfə əməliyyat olunduğu üçün evləndikdən sonra 3 dəfə məzuniyyət götürmüşdü. Həkimlərin göstərişi ilə bu əməliyyatlar həyata keçirilmişdi. Elə sonuncu dəfə əməliyyat olunub, o gedən getdi.

- Elvin yuxularınıza gəlirmi? Onun xəyalı ilə nə danışırsınız?

- Elvinlə yaşadığım evdə olanda hər axşam yuxularıma gəlirdi. Elə hey “gələcəyəm” deyirdi. Amma qaynatamgildən ayrılıb ata evinə gedəndən sonra Elvin yuxuma az-az gəlir.

- Amma insanın ümidi heç zaman ölmür.

- Hələ də Elvinin yoxluğuna inana bilmirəm. Elə bilirəm ki, o nə vaxtsa qayıdıb gələcək.

- Baş verənlərə, yaşananlara baxmayaraq, həyat  davam edir.  10, 15, 20 ildən sonra başımıza nələrin  gələcəyini bilmirik. Elvinin arzusunu nə vaxtsa yerinə yetirmək istəyərsinizmi?. Çünki sizə “mən olmasam,  xoşbəxt ol” deyib.

- Zaman göstərər. Həyatda hər şey ola bilər.

- Nişan üzüyünüzü də özünüzlə ata evinə apardınız, yoxsa...

- Elvinin barmağıma taxdığı nişan üzüyü məndədir.

- Bəs sizin ata- ananız nə düşünür? Sizdən bir istəkləri varmı?

- Ata-anam məni düşüncələrimdən uzaqlaşdırmaq istəyir. Çalışırlar ki, həyata baxmağı bacarım. Yenidən ailə qurmağımı, xoşbəxt olmağımı  arzulayırlar.

- Siz danışdıqca hiss etdim ki, sevginiz ilk gündəki kimidir.

- Bu sevgi heç vaxt ölməyəcək. Harda və kimin yanında olsam belə, Elvinə olan sevgim ölməyəcək. Onun kimisi olmayacaq. Başqasını Elvini sevdiyim kimi sevə bilməyəcəm. Onun gözlərinə baxdığım kimi, baxa bilməyəcəm.

- Yqəin Onu hər gün xatırlayırsınız...

- Əlbəttə, elə bir gün olmur ki, o, yadıma düşməsin.

- Həm də çox darıxırsınız...


- Lap çox darıxıram...


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ankarada partlayış baş verib, ölən var     
24.05.2018, 21:26

Ankarada partlayış baş verib, ölən var  

Ukrayna yeni siyasi senzura tətbiq edir - Zaxarova
24.05.2018, 21:15

Ukrayna yeni siyasi senzura tətbiq edir - Zaxarova

9 futbolçu "Qarabağ"dan ayrıldı
24.05.2018, 21:03

9 futbolçu "Qarabağ"dan ayrıldı

Gənc fiziklərin ötən il “Thomson Reuters”in jurnallarında 118 elmi məqaləsi yayımlanıb
24.05.2018, 21:00

Gənc fiziklərin ötən il “Thomson Reuters”in jurnallarında 118 elmi məqaləsi yayımlanıb

Ronaldiniyodan qəribə addım - Eyni vaxtda 2 qadınla evlənəcək
24.05.2018, 20:47

Ronaldiniyodan qəribə addım - Eyni vaxtda 2 qadınla evlənəcək

Donald Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib   
24.05.2018, 20:33

Donald Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib  

ABŞ: Yeni virus Rusiyada yaradılıb
24.05.2018, 20:24

ABŞ: Yeni virus Rusiyada yaradılıb

Bakıda keçiriləcək Avropa çempionatının oyunlarının  təqvimi - UEFA-2020
24.05.2018, 20:19

Bakıda keçiriləcək Avropa çempionatının oyunlarının  təqvimi - UEFA-2020

"Qobu Park" yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış sayca 98-ci şəhərcikdir - VİDEO
24.05.2018, 20:10

"Qobu Park" yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış sayca 98-ci şəhərcikdir - VİDEO

TAP-ın prezidenti Azərbaycana gələcək   
24.05.2018, 19:13

TAP-ın prezidenti Azərbaycana gələcək  

Avro ilə əməliyyatların həcmi 12,1% azalıb
24.05.2018, 19:02

Avro ilə əməliyyatların həcmi 12,1% azalıb

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi kəşfiyyatçıların təlimini izləyib - FOTOLAR
24.05.2018, 18:56

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi kəşfiyyatçıların təlimini izləyib - FOTOLAR

24.05.2018, 18:50

"Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var" - VLADİMİR PUTİN

Azərbaycana xaricdən pul köçürmələri 63% artıb
24.05.2018, 18:44

Azərbaycana xaricdən pul köçürmələri 63% artıb

"Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir - Yeni kateqoriyalar müəyyənləşir?
24.05.2018, 18:36

"Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir - Yeni kateqoriyalar müəyyənləşir?

Nazarbayev İlham Əliyevə məktub yazıb   
24.05.2018, 18:31

Nazarbayev İlham Əliyevə məktub yazıb  

Tramp onun seçkiqabağı kompaniyasında casusun olması barədə təsdiqləyici məlumat əldə edib
24.05.2018, 18:25

Tramp onun seçkiqabağı kompaniyasında casusun olması barədə təsdiqləyici məlumat əldə edib

Prezident Abbas Əliyevə
24.05.2018, 18:18

Prezident Abbas Əliyevə "Əməkdar jurnalist" adı verdi

“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - FOTOLAR
24.05.2018, 18:11

“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - FOTOLAR

İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM
24.05.2018, 18:09

İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM

İncə Ərdoğanı ittiham etdi
24.05.2018, 18:06

İncə Ərdoğanı ittiham etdi

Türk lirəsi niyə ucuzlaşır? - Səfirdən AÇIQLAMA
24.05.2018, 18:00

Türk lirəsi niyə ucuzlaşır? - Səfirdən AÇIQLAMA

“TANAP Azərbaycanın iqtisadiyyatının inkişafı üçün önəmli bir qapıdır”  
24.05.2018, 17:57

“TANAP Azərbaycanın iqtisadiyyatının inkişafı üçün önəmli bir qapıdır”  

Erkan Özoral AXC-nin arxivindən danışdı  
24.05.2018, 17:56

Erkan Özoral AXC-nin arxivindən danışdı  

Ərdoğan Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə saldı
24.05.2018, 17:53

Ərdoğan Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə saldı

Səfir AXC-nin qurulmasını türk dünyasının önəmli hadisəsi adlandırdı
24.05.2018, 17:52

Səfir AXC-nin qurulmasını türk dünyasının önəmli hadisəsi adlandırdı

Azərbaycanda əfv olunanlar arasında əcnəbilər də var - SİYAHI   
24.05.2018, 17:49

Azərbaycanda əfv olunanlar arasında əcnəbilər də var - SİYAHI  

Mətbuat Şurasında şikayətlər dinlənilib
24.05.2018, 17:36

Mətbuat Şurasında şikayətlər dinlənilib

Bakıda polisə zor tətbiq edənə cinayət işi açıldı
24.05.2018, 17:35

Bakıda polisə zor tətbiq edənə cinayət işi açıldı

Mədəniyyət Nazirliyindən Rüstəm İbrahimbəyovun filminə ETİRAZ
24.05.2018, 17:32

Mədəniyyət Nazirliyindən Rüstəm İbrahimbəyovun filminə ETİRAZ

Dolların kursu sabit qaldı - MƏZƏNNƏ
24.05.2018, 17:32

Dolların kursu sabit qaldı - MƏZƏNNƏ

Baş nazir benzinə görə təhdid edildi
24.05.2018, 17:30

Baş nazir benzinə görə təhdid edildi

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək
24.05.2018, 17:19

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

Prezident 634 nəfəri əfv etdi - TAM SİYAHI   
24.05.2018, 17:14

Prezident 634 nəfəri əfv etdi - TAM SİYAHI  

Rəsmi Dəməşq: “Türkiyə qoşunları Suriyadan çıxarılmalıdır”
24.05.2018, 16:52

Rəsmi Dəməşq: “Türkiyə qoşunları Suriyadan çıxarılmalıdır”

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (23.6%)
Meral Akşener (12.5%)
Rəcəb Tayyip Ərdoğan (57.2%)
Selahattin Demirtaş (1.97%)
Temel Karamollaoğlu (0.65%)
Doğu Perinçek (3.94%)