22 yanvar 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Müstəqilliyimizin etibarlı təminatçısı  
Müstəqilliyimizin etibarlı təminatçısı  
18.10.2017, 15:36

Baba TAĞIYEV,
«İrəli Azərbaycan» İctimai Birliyinin sədri 

 

Ötən əsrin 70-ci illərindən başlanan milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.


Müstəqil dövlət qur­maq uğ­runda da­vamlı mübarizə aparan Azərbaycan xalqı yalnız ötən əsrin son­larında bu müqəddəs arzusuna qovuş­maq imkanı qazandı. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Res­pub­li­ka­sı­nın dövlət müs­təqilliyi haq­qında Konstitusiya Aktı»ı qəbul olundu. Azərbaycan dövlət müstəqilliyni elan etsə də həmin tarixi dönəmdə müstəqil siyasət yürüdülməsində ciddi problemlər mövcud idi.


Hakimiyyətə «8 xarici dövlətin dəstəyi ilə gəldiyini» iddia edən AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət mürəkkəbləşmişdi. Hüquq-mühafizə orqan­larının öz üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb get­məsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cöv­lan etməsinə münbit şərait for­malaşdırmış, daxildə qeyri-sabit və təhlükəli və­ziyyətin yaranmasına səbəb olmuşdu.


AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsi də xalqın təkidli tələbi ilə bağlı idi. Ulu öndər  1993-cü il iyunun 9-da Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhra­nın aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək qiyamçılarla danışıqlar aparması vətəndaş müharibəsi təh­lükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra – iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xal­qın istəyini nəzərə alaraq o za­mankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bu tarixi hadisə respublika həyatında xaos və anar­xiyadan qurtuluşa doğru yeni mərhələnin başlancığına çevrildi. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəlməsi Azərbaycanın varlığını, müstə­qil­liyini, dövlətçi­li­yini qoru­yub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müha­ri­bə­sindən, düş­mən iş­ğalı­­nın geniş miqyas almasından xilas etdi.


Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olun­ması prosesi daha da sürətlənmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə res­publikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəy­yən­ləş­dir­məklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıx­mış, müs­bət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici tədidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə  bağlı mühüm addımlar atılmış, digər tərfdən, atəşkəsə nail olmaq üçün  bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət  kəsb edən atəşkəs əldə edilmişdi.


Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hə­­dəflərə doğru inamla irəliləyir. Ölkə başçısı İlham Əliyevin son 14 illik fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, dövlət başçısı praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Ölkəmiz təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox prob­­lem­lə­ri ge­ridə qoyur. Azərbaycan dövləti  milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir.


Son illər dünyada cərəyan edən proseslər - yaradılan süni konfliktlər göstərir ki, "soyuq müharibə"nin əsas aktorları nəinki ayrı-ayrı dövlətləri siyasi və iqtisadi nüfuz dairəsinə salmaq istəyir, hətta onların Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan qanuni sərhədlərini də dəyişdirir, zorakı üsullarla ərazi ilhaqına nail olurlar. Regionda sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bir ildə də aparılan danışıqlarda da ciddi nəticələr olmadı. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizm­lərindən istifadə etmək istəmirlər. BMT qərarlarının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalması da təsdiqləyir.


İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə, münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Azərbaycan ordusu ötən ilin aprelin 1-5 tarixlərində düşmən təxribatının qarşısını alaraq əks hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması  və müzəffər Azərbaycan Ordusunun sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına otrumağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.


Apreldə baş verən hadisələr bir sıra reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycana xalqının milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri Ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı.


«Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir»- deyən Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlar naminə daim vahid mövqedən çıxış etdiyini bir daha bəyan etdi. Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər göz qabağındadır.


Aprelin əvvəllərində Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı üstünlüyü və təşəbbüsü ələ alaraq haqlı mövqeyini qə­tiy­yətlə ortaya qoy­du. Həm Ermənistan, eləcə də  ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər də başa düşdülər ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümükün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Aşkar göründü ki, tənzimləmə pro­­sesində bey­­nəlxalq hüquq nor­malarına isti­nad imkanları tama­­milə daralan işğalçı dövlət, ide­oloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azər­baycana udu­­­zur.


Müstəqil Azərbaycan iqtisadi cəhətdən də möhkəmlənib. Prezidenti İlham Əliyev bildirib: «İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik».


Ölkəmizdə aparılan uğurlu islahatlar vaxtaşırı beynəlxalq təşkilatların hesabatlarında  öz əksini tapır.  Dünya İqtisadi Forumu 2017-2018-ci illər üzrə qlobal rəqabətlilik indeksində Azərbaycan 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Qlobal rəqabətlilik reytinqi iş adamları arasında sorğu və müxtəlif mənbələrə istinadla tərtib olunur. Ötən hesabatda Azərbaycan 138 ölkə arasında 37-ci, 2015-2016-cı illərin hesabatında 140 ölkə arasında 40-cı yerdə idi.


Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmişdir. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşmışdı. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.


Müstəqilliyimizin bərpasının 26 illiyinin tamamında əminliklə demək olar ki, müasir Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edə­rək, onların ger­­çəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliy­yət göstərərərək dünya­da öz layiqli yerini tutub. Bu gün ölkədə hə­yata keçi­­­rilən siyasətin ən başlıca məqsədi qarşıda duran bütün problemləri ən qısa zamanda həll etmək və Azərbaycanı inkişaf etmiş ölkələr səviy­yə­sində yüksəltməkdir.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bara silahlı hücum: 7 ölü
22.01.2018, 18:56

Bara silahlı hücum: 7 ölü

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub
22.01.2018, 18:42

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər
22.01.2018, 18:36

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI
22.01.2018, 18:32

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”
22.01.2018, 18:21

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”

3 türk əsgəri yaralandı
22.01.2018, 18:10

3 türk əsgəri yaralandı

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI
22.01.2018, 17:49

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI   
22.01.2018, 17:39

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI  

Manat və dolların sabahkı məzənnəsi
22.01.2018, 17:35

Manat və dolların sabahkı məzənnəsi

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər
22.01.2018, 17:28

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur
22.01.2018, 17:24

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı
22.01.2018, 17:23

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı

Dünya çempionatının kuboku Bakıya gətiriləcək
22.01.2018, 17:09

Dünya çempionatının kuboku Bakıya gətiriləcək

Ələt Azad İqtisadi Zonasının hüquqları müəyyənləşib - SİYAHI
22.01.2018, 17:08

Ələt Azad İqtisadi Zonasının hüquqları müəyyənləşib - SİYAHI

İsa Qəmbər müalicəsinə xaricdə davam edəcək? -  Aida Qəmbər CAVAB VERDİ   
22.01.2018, 17:03

İsa Qəmbər müalicəsinə xaricdə davam edəcək? -  Aida Qəmbər CAVAB VERDİ  

NATO-dakı Rusiya nümayəndəsi geri çağırıldı
22.01.2018, 16:54

NATO-dakı Rusiya nümayəndəsi geri çağırıldı

Mətbuat Şurası Türkiyə səfirliyi ilə «Cümhuriyyət ili»nin birgə tədbirlərini müzakirə etdi   
22.01.2018, 16:46

Mətbuat Şurası Türkiyə səfirliyi ilə «Cümhuriyyət ili»nin birgə tədbirlərini müzakirə etdi  

Bakıda yanğın - azyaşlı öldü
22.01.2018, 16:44

Bakıda yanğın - azyaşlı öldü

DİN-dən Milli Şuranın iddialarına CAVAB
22.01.2018, 16:39

DİN-dən Milli Şuranın iddialarına CAVAB

Siyasi partiyaların seçki fəallığı nə vaxt başlayacaq...  
22.01.2018, 16:36

Siyasi partiyaların seçki fəallığı nə vaxt başlayacaq...  

Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi
22.01.2018, 16:35

Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi

“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”
22.01.2018, 16:29

“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”

Azad İqtisadi Zonaya daxil olan mallar gömrük rüsumundan azad ediləcək   
22.01.2018, 16:26

Azad İqtisadi Zonaya daxil olan mallar gömrük rüsumundan azad ediləcək  

Ucqar kəndin gənc müəllimi - Magistraturanı bitirib fransız dilini öyrədən müəllim - FOTOLAR
22.01.2018, 16:26

Ucqar kəndin gənc müəllimi - Magistraturanı bitirib fransız dilini öyrədən müəllim - FOTOLAR

AŞPA-nın yeni sədri kimdir? – DOSYE
22.01.2018, 16:22

AŞPA-nın yeni sədri kimdir? – DOSYE

Bakıda marşrut avtobusu minik maşını ilə toqquşdu
22.01.2018, 16:20

Bakıda marşrut avtobusu minik maşını ilə toqquşdu

Azərbaycanda bir ildə 53 min mənzil dövlət reyestrinə alınıb
22.01.2018, 15:58

Azərbaycanda bir ildə 53 min mənzil dövlət reyestrinə alınıb

Kərə yağına görə gömrük rüsumunun azalması monopolistlərin xeyrinə işləyir
22.01.2018, 15:55

Kərə yağına görə gömrük rüsumunun azalması monopolistlərin xeyrinə işləyir

Əbülfəs Qarayev Davosda mədəniyyət nazirlərinin konfransına qatılıb
22.01.2018, 15:47

Əbülfəs Qarayev Davosda mədəniyyət nazirlərinin konfransına qatılıb

AŞPA-ya yeni sədr seçildi
22.01.2018, 15:47

AŞPA-ya yeni sədr seçildi

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti oldu
22.01.2018, 15:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti oldu

Fəzail Ağamalı: “Zərdüşt Əlizadə allahsızlıq edir”
22.01.2018, 15:26

Fəzail Ağamalı: “Zərdüşt Əlizadə allahsızlıq edir”

“Sinema Güzeli” layihəsinin Azərbaycan seçimi başa çatdı – Qaliblərin adları
22.01.2018, 15:19

“Sinema Güzeli” layihəsinin Azərbaycan seçimi başa çatdı – Qaliblərin adları

Tanınmış alim vəfat etdi
22.01.2018, 15:12

Tanınmış alim vəfat etdi

Kremldən Afrin əməliyyatı ilə bağlı AÇIQLAMA
22.01.2018, 15:07

Kremldən Afrin əməliyyatı ilə bağlı AÇIQLAMA

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(41.8%)
SOCAR(13.9%)
Azersun Holding(11.6%)
Azercell(2.32%)
Bakcell(9.30%)
Nar mobile(2.32%)
Gilan Holdinq(4.65%)
Nurgun Group(2.32%)
Paşa Holding(2.32%)
Akkord(9.30%)