Modern.az

Bayram Səfərov: “Hər gün bu xəbəri gözləyirəm”

Bayram Səfərov: “Hər gün bu xəbəri gözləyirəm”

10 İyun 2011, 11:30

“Nəinki Kazan görüşündən, ümumiyyətlə hər gün torpaqların işğaldan azad olunması barədə xəbəri gözləyirəm”. Bu sözləri Modern.az-a açıqlamasında  Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov  iyunun 25-də keçiriləcək görüşlə bağlı gözləntiləri şərh edərkən  deyib. Şuşa şəhər Icra Hakimiyyətinin başçısı B.Səfərov bu ümidini prezidnet İlham Əliyevin torpaqların işğaldan azad olunması yönümündə attdığı ciddi addımlarla əlaqələndirib.

İyunun ayının 25-də Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın vasitəçilyi ilə Tatarıstanın paytaxtı Kazan şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün yenidən bir araya gələcəklər. Kazan görüşü münaqişə tərəflərinin cari ildə sayca ikici görüşü olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir