Modern.az

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  

Aktual

18 Oktyabr 2017, 16:26

Okyabrın 18-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ABŞ-ın “Argus Limited USA”, “Lindsay” və “WCC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.


Görüşdə məqsəd Azərbaycanla ABŞ şirkətləri arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivlərinin müzakirəsi olub.


Nazir müavini Seyfəddin Talıbov qonaqları səmimi salamlayaraq bu görüşün Azərbaycanın Müstəqillik Gününə təsadüf etdiyini qeyd etmiş, ABŞ-la Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyinə əminliyini ifadə edib.


Nazir müavini iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edərək ABŞ hökuməti tərəfindən Zona Baytarlıq Laboratoriyalarının müasir avadanlıqlarla təmin edildiyini, Azərbaycan Dövlət Aqrar Universitetinin İllinoys ştatının İllinoys Universiteti ilə sıx əlaqələrinin olduğunu qeyd edib.


Nazir müavini ABŞ-ın “JOHN DEERE”  şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ADAU-da şirkətin fəaliyyəti üçün xüsusi otaqların ayrıldığını, servis xidmətinin yaradıldığını, texnika üçün kadr hazırlığı və kadrların təcrübə keşməsi üçün şirkət tərəfindən dəstək verildiyini qeyd edərək “JOHN DEERE” şirkətinin istehsal etdiyi kombaynları yüksək qiymətləndirib və gələcəkdə də bu şirkətlə əməkdaşlığa önəm veriləcəyini bildirib.


Strateji yol xəritəsində nəzərədə tutulmuş əsas hədəflər barədə məlumat verən nazir müavini Seyfəddin Talıbov şoranlıq torpaqların dövriyyəyə qaytarılması, orqanik məhsulların istehsalı,  o cümlədən ABŞ təcrübəsindən istifadə etməklə Nazirliyin bölgələrdəki sınaq təcrübə stansiyalarında nümunəvi əkinlərin həyata keçirilməsi və fermerlərə nümayiş etdirilməsini məqsədəmüvafiq hesab edib.


Şirkət rəhbərləri Azərbaycanda orqanik məhsulların yetişdirilməsi, bunun üçün ölkədə potensial imkanların olduğunu, suvarma sistemlərinin yaradılmasında maraqlı olduqlarını bildiriblər.


Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir