Modern.az

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”

18 Oktyabr 2017, 16:49

İraq Kürdüstanın Kərkük vilayəti üçün heç bir tarixi haqqı yoxdur. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan kənd administrasiyalarının rəhbərləri ilə Ankarada görüşü zamanı deyib.

 

“Müxtəlif xalqların yaşadığı ərazinin strukturunu inkar edən şəxslər tarix qarşısında cavab verəcək. Bəs Bərzani nə edir? O deyir: “Kərkük mənimdir”. Bəyəm sən bu sözləri deyə bilərsən? Bəyəm sizin tarixiniz Kərküklə bağlıdır? Kərkükdə nə gəzirsən? Şimali İraqdakı administrasiya sərhədlərində qalın”.

 

O, Kərkükdə baş verənlərə görə Kürdüstan rəhbərliyinin cavabdeh olduğunu da deyib.  

  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?