Modern.az

Eyyub Hüseynov: "Hökumət istehlakçıların hüquqlarını yox, biznesi müdafiə edir”

Eyyub Hüseynov: "Hökumət istehlakçıların hüquqlarını yox, biznesi müdafiə edir”

10 İyun 2011, 11:50

Respublikanın bir çox bölgələrində, o cümlədən Bakıdakı kafe və restoranlarda içkilər - sərinləşdirici və spritli- standartlara cavab vermir. Hətta bu içkilərin böyük restoranların özündə hazırlandığı barədə də məlumat var.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamsında onlara da içkilərin standartlara cavab verməməsi ilə bağlı çoxlu şikayətlərin daxil olduğunu deyib: “Lakin bu şikayətlərin əksəriyyəti telefon vasitəsilə daxil olur, yazılı formada müraciət edənlər yoxdur”.
E.Hüseynov paytaxt, o cümlədən respublikada şaxələnmiş İpək Yolunun üstündə olan kafe və restoranlarda standartlara cavab verməyən içkilərin satışı rastalaşdıqlarını qeyd edib: “Naməlum dadvericilər adi sularla qarışdırılaraq insanlara satılır. Demək olar ki, respublikadakı sərinləşdirici içkilərin 70 faizi standartlara cavab vermir. Bu cür hallar şadlıq evlərində də müşayiət olunur”.
Eyyub Hüseynov deyir ki, bununla bağlı dəfələrlə İqtisadi Inkişaf Nazirliyi və digər aidiyyatı orqanlara müraciət etmələrinə baxmayaraq, hələ bir nəticə yoxdur: “Nəticədə ölkədə istehlakçıların hüquqları pozulur. Çünki hökumət istehlakçıların hüquqlarını yox, biznesi müdafiə edir”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub