Modern.az

Əflatun Amaşov bu dəfə Tiranaya gedir

Əflatun Amaşov bu dəfə Tiranaya gedir

18 Oktyabr 2017, 16:53

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, 19-20 oktyabr 2017-ci il tarixlərində gerçəkləşdiriləcək iclasda əsas müzakirə mövzusu QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivləri olacaq.

 

İclasda həmçinin komitənin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənəcək, 50-ci iclasın gündəliyi müəyyənləşdiriləcək, komitənin strukturu ilə bağlı məsələlərə baxılacaq.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?