Modern.az

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək

18 Oktyabr 2017, 17:56

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yeni binadan mənzil almış şəxslərlə görüş keçiriləcək.  "Jurnalist evi" MMC-nin direktoru Bünyamin İsmayılov deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (Mətbuat prospekti, 529-cu məhəllə) keçiriləcək görüşdə mənzillərin bağışlanması müqavilələri bağlanacaq.

Modern.az saytı Novator.az-a istinadən xəbər verir ki, görüş noyabrın sonlarına nəzərdə tutulur. Konkret tarix sonra açıqlanacaq. Yeni jurnalist binasının açılışı iyulun 20-də olub. Binada 255 mənzil var. Bünyamin İsmayılov deyib ki, bütün təmir işləri, müxtəlif təşkilatlarla aparılan sənədləşmə prosesi yekunlaşıb və bina istifadəyə hazır vəziyyətdədir: "Bircə qaz xəttinin ümumi şəbəkəyə qoşulması qalır. Bunun üçün mənzillərin heç olmasa yarısında yaşayış olmalıdır". 156 mənzilli ilk bina 4 il əvvəl media işçilərinə təqdim olunub. Hər iki yaşayış binası prezident İlham Əliyevin sərəncamları ilə dövlət vəsaiti hesabına inşa edilib. Mənzillər jurnalistlərə pulsuz verilir.

Dövlət başçısının kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə dair iyulun 19-da imzaladığı sərəncama əsasən Bibiheybət qəsəbəsində jurnalistlər üçün daha bir yaşayış binası tikilir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi