Modern.az

Hüquqşünas Nəqliyyat Nazirliyini korrupsiyada ittiham edib

Hüquqşünas Nəqliyyat Nazirliyini korrupsiyada ittiham edib

10 İyun 2011, 12:13

Bu ilin əvvəlindən ölkə başçısının göstərişləri ilə respublikada antikorrupsiya tədbirləri gücləndirlib. Sözügedən tədbirlər çərçivəsində hüquqazidd əməllərinə görə orta və xırda məmur təbəqsindən xeyli vəzifəli şəxs işdən çıxarılıb və ya həbs olunub. Amma iri məmurlar hələki necə deyərlər “tora düşməyiblər”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə bu qənaətdədir ki, iri məmurların da korrupsiya və rüşvətxorluğa qarşı aparılan tədbirlər çərçivəsində cəzalandırılacağının şahid olacağıq.
Modern.az xəbər verir ki, Ə.Nuriyev ANS-in “Nəzər nöqtəsi” verilişində bildirib ki, ölkə vətəndaşları hələlik  korrupsiyaya qarı mübarizədə əsas etimadı ölkə başçısına bəsləyirlər. 
Hüquqşünas deyib ki, müşahidələr və daxil olan şikayətlər göstərir ki, dövlət qurumları arasında Nəqliyyat Nazirliyinin strukturları ən çox korrupsiya və rüşvətxorluğa yol verilən orqandır.
Ə.Nuriyevin sözlərinə görə, Nəqliyyat Nazirliyinin beynəlxalq daşımalar və lisenziyalaşdırma ilə bağlı şöbələrində vətəndaşlardan dəfələrlə artıq qanunsuz ödənişlər tələb olunur.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər