18 fevral 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: "Azərbaycan uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur"
İlham Əliyev: "Azərbaycan uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur"
18.10.2017, 21:03

"Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir. Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir. Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik. Əlbəttə ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur". Modern.az xəbər verir ki, bunu bu gün prezident İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi birinci dəfə deyil: "Biz sizinlə görüşmüşük, ola bilsin ki, tamamilə indiki tərkibdə olmayıb, amma sizin çoxunuz artıq bizim ölkəmizdə olub. Bu, çox yaxşı tədbirdir. Bu, təkcə sərhəd xidmətlərinin rəhbərləri arasında deyil, həm də ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.

Bu yaxınlarda Soçidə MDB-nin növbəti sammiti keçirildi. Azərbaycan həmin tədbirdə fəal iştirak etdi. Ümumiyyətlə, biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal, rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən asılıdır".

Prezident əlavə edib ki, bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır: "Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə, bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik.

Mən əminəm ki, Komandanlar Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə, sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq. Hamımız sərhədlərimizin bizə ziyan vurmaq istəyənlərdən etibarlı müdafiə olunmasında, eyni zamanda, dostlarımız, turistlər, iş adamları, ölkələrimizlə tanış olmağa gələnlər üçün açıq olmasında maraqlıyıq. Belə bir tarazlığı tapmaq asan deyil. Biz Azərbaycanda buna cəhd edirik və bizim bir çox ölkələrlə həyata keçirdiyimiz viza rejiminin liberallaşdırılması və bir çox ölkələrdən əcnəbi vətəndaşların Azərbaycana kifayət qədər sərbəst gələ bilməsi, əlbəttə ki, bu il 20 faizdən çox, ötən il isə hətta 25 faiz artan turizmin hiss olunacaq dərəcədə inkişafına gətirib çıxarıb. Bununla yanaşı, eyni zamanda, təhlükəsizliyin etibarlı təminatı göstərir ki, tənasüb tapıla bilər. Biz də buna cəhd edirik. Sözsüz ki, qonşularla, MDB-yə üzv ölkələrlə, bizim çoxdankı dostlarımızla iş əlaqələndirilmədən buna hansısa ölkədə nail olmaq çətin olacaq. Buna görə də biz məhz bu sahədə MDB çərçivəsində əməkdaşlığa çox böyük önəm veririk. Düşünürəm ki, sizin həm bu gün, həm də sabah görüşləriniz olacaq, bizim sərhəd xidmətinin rəhbərliyi sizi görülən işlər barədə məlumatlandıracaq və siz fikir və təcrübə mübadiləsi aparacaqsınız. Bir daha sizi salamlayıram və sizə uğurlu iş arzulayıram".

 

 

18:31

 

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.

 

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qəzzada 4 İsrail hərbçisi minaya düşdü
18.02.2018, 00:54

Qəzzada 4 İsrail hərbçisi minaya düşdü

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı
18.02.2018, 00:33

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 
18.02.2018, 00:16

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi
17.02.2018, 23:59

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Türkiyədən terrorçulara növbəti zərbə
17.02.2018, 23:47

Türkiyədən terrorçulara növbəti zərbə

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı
17.02.2018, 23:31

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü
17.02.2018, 23:17

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO
17.02.2018, 23:00

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı
17.02.2018, 22:44

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı

Uşaq bağçasında  87 uşaq zəhərləndi
17.02.2018, 22:26

Uşaq bağçasında  87 uşaq zəhərləndi

Feysbuk və FTB birgə çalışacaq
17.02.2018, 22:14

Feysbuk və FTB birgə çalışacaq

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17.02.2018, 21:59

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir

Həbsxanadan 10 məhkum qaçdı
17.02.2018, 21:43

Həbsxanadan 10 məhkum qaçdı

Türkiyə daha iki şəhid verdi
17.02.2018, 21:25

Türkiyə daha iki şəhid verdi

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar
17.02.2018, 21:09

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı
17.02.2018, 20:54

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı
17.02.2018, 20:39

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Zəlzələ İngiltərəni də silkələdi
17.02.2018, 20:22

Zəlzələ İngiltərəni də silkələdi

SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17.02.2018, 20:14

SOCAR-a məxsus benzin daşıyan maşın partladı

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb
17.02.2018, 20:00

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq
17.02.2018, 19:41

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında
17.02.2018, 18:43

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu   
17.02.2018, 18:39

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu  

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”
17.02.2018, 18:21

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”

Sarkisyan Almaniyaya getdi   
17.02.2018, 17:59

Sarkisyan Almaniyaya getdi  

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi   
17.02.2018, 17:55

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi  

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO
17.02.2018, 17:37

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi
17.02.2018, 17:33

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub
17.02.2018, 17:11

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI   
17.02.2018, 17:06

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI  

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək
17.02.2018, 16:47

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR   
17.02.2018, 16:37

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR  

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı
17.02.2018, 16:30

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  
17.02.2018, 16:04

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər   
17.02.2018, 15:43

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər  

ARXİV