Modern.az

Texnikumlara sənəd qəbulunun vaxtı elan olunub

Texnikumlara sənəd qəbulunun vaxtı elan olunub

Ölkə

10 İyun 2011, 12:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında orta ixtisas təhsili müəssisələrinə (kollec) ümumi orta təhsil bazasından (9 illik) tələbə qəbulu üçün sənəd qəbulunun başlanacağı tarixi açıqlayıb.

TQDK sədri deyib ki, kolleclərə sənəd qəbulu iyunun 28-dən başlayacaq və avqustun 10-dək davam edəcək. Həmin müddətdə abituriyentlər internet vasitəsilə elektron ərizələrini doldurub tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər.

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı tezliklə "Abituriyent" jurnalının növbəti sayında dərc olunacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir