Modern.az

"Qarabağ"dan möhtəşəm oyun: komandamız ilk xalını qazandı - Yenilənib

"Qarabağ"dan möhtəşəm oyun: komandamız ilk xalını qazandı - Yenilənib

18 Oktyabr 2017, 21:56

"Qarabağ" "Atletiko" oyununda komandamız əzmkar oyun nümayiş etdirdi. Modern.az xəbər verir ki, komandamız dəfələrlə qol vəziyyəti yaratsa da, hücumları qolla tamamlaya bilməyib. Oyunun son 20 dəqiqəsini azlıqda keçirən "Qarabağ" sonda heç-heçə ilə razılaşıb. Bununla da Ağdam klubu UEFA Çempionlar Liqasında ilk xalını qazanıb.

 

20:40

 

"Qarabağ" "Atletiko" oyununda komandamız azlıqda qalıb. Modern.az xəbər verir ki, oyunun 73-cü dəqiqəsində Dino Ndlovu ikinci sarı vərəqə alaraq oyundan qovulub.

 

20:02

 

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun növbəti oyunları keçirilir. Modern.az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubu ilə qarşılaşır.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində üz-üzə gələcək "Qarabağ" və “Atletiko” komandalarının start heyətləri açıqlanıb.

"Qarabağ": 13.İbrahim Şehiç, 2.Qara Qarayev, 5.Maksim Medvedev, 8.Miçel, 9.Dino Ndlovu, 10.Pedro Enrike, 11.Mahir Mədətov, 14.Rəşad Sadıqov (k), 20.Riçard Almeyda, 25.Ansi Aqolli, 55.Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1.Anton Kanibolotski, 7.Rahid Əmirquliyev, 18.Tarik Elyunussi, 22.Əfran İsmayılov, 52.Yakub Jezniçak, 77.Donald Gerryer, 90.Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

 

"Atletiko": 13.Yan Oblak, 2.Dieqo Qodin, 3.Filipe Luis, 7.Antuan Qrizmann, 8.Saul Nyiqes, 10.Yannik Karrasko, 14.Qabi, 16.Şime Vrsalko, 21.Kevin Qameyro, 22.Nikolas Qaytan, 24.Xose Mariya Ximenes

Ehtiyat oyunçular: 1.Migel Anhel Moyya, 5.Tomas Partey, 9.Fernando Torres, 11.Anhel Korrea, 12.Auqusto Fernandes, 15.Stefan Saviç, 19.Lukas Ernandes

Baş məşqçi: Dieqo Simeone.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır