Modern.az

"Atletiko" ilə heç-heçə "Qarabağ"a 500 min avro qazandırdı

"Atletiko" ilə heç-heçə "Qarabağ"a 500 min avro qazandırdı

18 Oktyabr 2017, 22:42

İspaniya "Atletiko"su ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında etdiyi heç-heçə "Qarabağ"a təkcə 1 xal qazandırmayıb. Modern.az "Report"a istinadən xəbər verir ki, bu nailiyyət sayəsində Ağdam klubu daha 500 min avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl "Qarabağ" Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi