Modern.az

Xəstəxanada həyatını itirən 8 yaşlı qızın ölüm səbəbi - VİDEO

Xəstəxanada həyatını itirən 8 yaşlı qızın ölüm səbəbi - VİDEO

18 Oktyabr 2017, 23:13

Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində 8 yaşlı uşağın ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, azyaşlı qız narkoz verildikdən sonra həyatını itirib.

 

Uşağın atası, Sumqayıt şəhər sakini Sübhan Kərimov deyir ki, qızı iki ay bundan öncə qəfildən özündən gedib. Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilən Şölə Kərimovaya müayinədən sonra böyrək çatışmazlığı diaqnozu qoyulub və müalicə üçün Bakıya yazılıb.

 

Bir neçə yerdə müalicə alan uşaq sonradan yenidən Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilib. Burada isə dializ zamanı uşağın qolunda olan kataterdə qüsur aşkarlanıb. Kataterin dəyişdirilməsi üçün uşaq Səhiyyə Nazirliyinin göndərişi ilə Toçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinə aparılıb.

Sübah Kərimov iddia edir ki, sözügedən xəstəxananın həkimi Eldar Əliyev 8 yaşlı Şölə Kərimovanı heç bir müayinə etmədən ona narkoz verib. Nəticədə uşaq aldığı yüksək narkozun təsirindən dünyasını dəyişib.

 

Uşağın valideyni, həmçinin, iddia edir ki, uşaq dünyasını dəyişəndən sonra Patoloji Anatomiya Birliyində müayinədən keçmədən kəfənə bükülərək ailəsinə təhvil verilib. İndi ata qızının ölümündə günahı olan hər kəsin cəzalandırılmasını istəyir.

 

Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev isə iddialarla razılaşmır və uşağın əməliyyata aparılmazdan əvvəl bütün müayinələrdən keçrildiyini bildirib. Onun sözlərinə görə, xəstə əməliyyat olunmamışdan qabaq onun valideyinlərinə bu əməliyyatın uşağın həyatı üçün təhlükəli olacağı barədə xəbərdarlıq edilib. Hətta uşağın valideyinləri razılıq üçün qol da çəkiblər.

 

Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib. Qurumdan bildiriblər ki, hadisə ilə bağlı nazirliyin müvafiq şöbəsi tərəfindən araşdırmaya başlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?